"Hizbullah"a ölümcül zərbələr: İran bunlara tab gətirəcək?

İran tərəfindən uzun müddət silahlandırılan və maliyyələşdirilən Livanın ""Hizbullah"" təşkilatı şənbə günü Seyid Həsən Nəsrullahın ölümünü təsdiqlədi. İsrail isə Beyrutun cənub ətraflarına hava zərbəsi endirərək onu "məhv etdiyini" bəyan etdi.

Nəsrullahın öldürülməsi İsraillə ""Hizbullah"" arasında davam edən sərhədyanı toqquşmaların kəskinləşməsi idi.

İsrailin ""Hizbullah"" lideri Həsən Nəsrullahı öldürməsi İranı ciddi dilemmalar qarşısında qoyub. İran indi özünün mühüm müttəfiqini itirməklə regional nüfuzunu necə qoruyub saxlayacağına dair ciddi düşünməlidir.

İran tərəfindən silahlandırılan və dəstəklənən Livanın "Hizbullah" qrupu şənbə günü İsrailin "məhv etdiyini" bəyan etdiyi Nəsrullahın ölümünü təsdiqlədi. Onun ölümü İsraillə "Hizbullah" arasında Qəzza münaqişəsinin başladığı gündən davam edən sərhədyanı toqquşmaların kəskinləşməsi idi və bu, bütün bölgəni daha geniş müharibəyə sürükləyə bilər.

İranın ali rəhbəri Ayətullah Əli Xamenei Nəsrullahın ölümünün "boşuna olmadığını" vəd etdi, birinci vitse-prezident Məhəmməd Rza Aref isə bu hadisənin İsrailin "məhvinə" səbəb olacağını bildirdi.

İran həmçinin "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) generalı Abbas Nilforuşanın "Hizbullah" lideri ilə birgə öldürülməsinə görə qisas almağa and içib.

Nəsrullah İranın güc genişlənməsində mühüm rol oynayırdı.

"Hizbullah" isə İranın "proksi" qüvvələrinin əsas elementidir.

Onun ölümü İranın hələ də birbaşa münaqişəyə girmək istəmədiyi faktını dəyişdirmir. Amma bu hadisə İranı ciddi dilemma qarşısında qoyub, xüsusilə qrupun İsrailə qarşı əngəlləmə gücü tamamilə dağınıq haldadır.

Hdisələr göstərdi ki, İranın müttəfiqləri cəbhəsi İsraili məğlub edə bilmədi və ciddi zərbələr aldı.

Nəsrullahın ölümü Fələstin qruplaşması HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyənin Tehranda, prezident Məsud Pezeşkiyanın inauqurasiyasına qatıldığı zaman öldürülməsindən təxminən iki ay sonra baş verdi.

İran onun ölümündə İsraili günahlandırıb və qisas alacağını bəyan etmişdi.

Tehran üçün "Hizbullah"ı yenidən qurmaq asan məsələ deyil, xüsusilə də ölkənin artan iqtisadi problemləri fonunda.

Əgər rəsimi Tehran Livandakı təsir imkanlarını  bərpa etmək və ya "Hizbullah"ı yenidən silahlandırmaq işinə qarışarsa, bu, İranın iqtisadi böhranını daha da ağırlaşdıracaq.

İran beynəlxalq sanksiyaların iqtisadi təsirlərindən sarsılır, bu da sürətlə artan inflyasiya, yüksək işsizlik və İran rialının ABŞ dollarına qarşı rekord dərəcədə aşağı səviyyədə olmasına səbəb olub.

Prezident Məsud Pezeşkiyanın hökuməti sanksiyaların yüngülləşdirilməsi və üç il sonra ABŞ-ın birtərəfli şəkildə geri çəkildiyi 2015-ci il nüvə razılaşmasının yenidən canlandırılması üçün səylərini artırıb.

İran Qəzza münaqişəsi başlayandan bəri ehtiyatla addımlar atır, gücünü nümayiş etdirməyə çalışsa da, ABŞ-ın reaksiyasını provokasiya etməməyə çalışır.

Hətta aprel ayında İsrailə qarşı birbaşa hücum zamanı - Tehran səfirliyinin Dəməşqdəki əlavə binasına hava zərbəsinə cavab olaraq - əksər raketlər İsrail müdafiə sistemi və ya müttəfiq qüvvələr tərəfindən vurulmuşdu.

İran həmin vaxt ABŞ-ı məlumatlandırdığını və qonşu ölkələrə İsrailə qarşı planlaşdırdığı "məhdud" hücumdan 72 saat əvvəl xəbərdarlıq etdiyini bildirmişdi.

İran ""Hizbullah"ın qalan potensialını qorumaq üçün əlindən gələni edəcək. Çünki Tehrandakı klerikal rejim "Hizbullah" qruplaşmasını "İranın sipəri" hesab edir.

Düşünmürəm ki, iranlılar bu layihəyə 40 il sərf olunan sərmayəni bir gecədə məhv edərlər.

İran "Hizbullah"ı tərk edə bilməz, çünki bu halda digər müttəfiqlərini də itirər.

Suriyada, Livanda, İraqda və Yəməndəki İranla əlaqəli militant qruplar İsrailin HƏMAS-a qarşı müharibəsi başladığından bu yana artan regional gərginliklərdə iştirak edirlər.

İranın qarşılaşa biləcəyi başqa bir böyük dilemma isə "Hizbullah"la ünsiyyət və silahların ötürülməsi ola bilər.

Cümə günü İsrail ordusu İranın "Hizbullah"a Beyrut hava limanı vasitəsilə silah təchizatını dayandıracağını bəyan edib və döyüşçülərinin səmanı patrul etdiyini bildirib.

İranın "Hizbullah"a silahla dəstək verməsi üçün artıq çox gecdir.

Fəqət, "Hizbullah" keçmişdə olduğu kimi özünü bərpa edəcək.

"Hizbullah"ın daxili ünsiyyətləri də bu ay qrup üzvlərinin pager və radiolarına edilən sabotaj hücumları zamanı ciddi zərbə aldı.

2006-cı ildə İsraillə "Hizbullah" arasında baş verən 33 günlük müharibə zamanı olduğu kimi, iranlıların indi öz müttəfiqləri ilə ünsiyyət qurması çox çətin olacaq.

"Hizbullah"ın "zəif və cılız" cavablarının İsraillə zorakılıqların artması fonunda nəzərə çarpdığığ aydındır.

Sual budur ki, onlar hərəkət etmək istəmirlər, yoxsa edə bilmirlər?..

İran "Hizbullah"ın özünü toparlayacağını və İsrailə qarşı əhəmiyyətli hücum təşkil edəcəyini gözləyir ...

Bu, onların hələ də ayaqda olduğunu nümayiş etdirə bilər.

Elçin Alıoğlu
Milli.Az






Fikirlər