HƏBS müddətləri uzadıldı ...
"Toplum TV"nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin həbsdə saxlama müddəti uzadılıb. AzerTaym.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında belə qərar qəbul edib. Qərara əsasən, onun həbs qətimkan tədbirinin müddəti 3 ay daha uzadılıb. Qeyd edək ki, Ə.Məmmədli bu ilin martında həbs edilib. O, qaçaqmalçılıqda ittiham olunur. Eyni iş üzrə ittiham olunan Ruslan İzzətli və Akif Qurbanovun da həbs müddəti 3 ay uzadılıb.