Ərdoğan "İlin Cəsur Adamı" seçildi
Qırğızıstanın "İskra Plus" qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "İlin Cəsur Adamı" seçib.
Azərtaym.az verir ki, qəzetin baş redaktoru və sahibi Adilet Aytikeyev Ərdoğanın Qırğızıstana və İslam dünyasına verdiyi töhfələrə görə "İlin Cəsur Adamı" seçildiyini deyib.
"Suriyadan qaçaraq Türkiyəyə sığınan iki milyondan çox qaçqın müsəlman var . Bu insanlara yardım əli uzadan Rəcəb Tayyib Ərdoğan, eyni zamanda İslam dünyasına və Qırğızıstana verdiyi dəstəklərindən görə, "İlin Cəsur Adamı" mükafatına layiq görüldü"deyə Aytikeyev bildirib.
Aytikeyev Ərdoğan ilə fəxr etdiklərini və onun üçün dua etdiklərini də sözlərinə əlavə edib.