Azərbaycan 24 ildir Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq missiyamın vasitəçiliyilə nail olmağa çalışır. Amma vasitəçilik missiyasını üzərinə götürən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu bu günə qədər konkret nəticə ortaya qoymayıb.
Minsk qrupunin həmsədrləri 24 ildir regiona nəticəsiz səfərlər etməklə işlərini bitmiş sayır və münaqişənin uzanmasına çalışırlar. Eyni zamanda da dolayı yollarla Azərbaycan ərazilərinin 20 fazini işğal etmiş Ermənistanın mövqeyini dəstəkləyirlər.
Artıq bu “mötəbər” təşkilatın fəaliyyətinə olan inam sıfıra enib. Minsk qrupunun həmsədri olan böyük dövlətlər (ABŞ, Rusiya, Fransa) Ermənistan-Azərbaycan arasındakı mövcud gərginlik fonunda öz “oyunlarını” oynayırlar.
Azərbaycan rəsmi səviyyədə Minsk qrupunun vasitəçiliyindən imtina təklifləri səsləndirməyə başlayıb.
Belədə bu münaqişənin hansı beynəlxalq təşkilatın vasitəçiliyilə həlli mümkün ola bilər?
15 gün ərzində 2000 mindən çox oxucunun iştirak etdiyi sorğunun nəticələrinə görə, Qarabağ məsələsini həlli məsələsində heç bir beynəlxalq təşkilata inanmayanlar daha çoxdur. Belə ki, respondentlərin 41%-i hesab edir ki, münaqişəni kənar qüvvələrin təsiri olmadan Azərbaycan və Ermənistanın özləri öz aralarında həll edə bilərlər.
Münaqişənin gələcək taleyi ilə bağlı pessimizmə qapılaraq, onun heç vaxt həll olana büilmyəcəyini düşünənlər bütün qüvvələri inkar etməklə “heç biri” deyə cavab veriblər ki., bunlar da 37%-dir.
Üçüçncü yerdə Müstəqil Dövlətlər Birliyinə (MDB) inanlardır ki, onlar da 7% təşkil edirlər.
Sorğunun sonrakı nəticələri aşağıdakı kimidir:
BMT - Birləşmiş Millətlər Təşkilatı - 6%
NATO- Şimali Atlantika Müqaviləsi Təşkilat - 6%
AB - Avropa Birliyi - 2%
ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - 1%
AŞPA - Avropa Şurası Parlament Assambleyası - 0%
BQXK - Beynəlxalq Qırmızı Xaç Komitəsi - 0%