ŞOK! 200 türkiyəli ziyalıdan PKK-ya DƏSTƏK bəyanatı - SİYAHI


Türkiyənin paytaxtı Ankarada törədilən terror aktından sonra qardaş ölkədə PKK-nın Suriyadakı qolu olan PYD-yə dəstək verən bəyanat imzalanıb.
 Türkiyə KİV-ləri xəbər verir ki, dəstək müraciətinə 200-dən çox məşhur şəxs qoşulub.

Müraciətin mətnini təqdim edirik: 

“Mövcud iqtidar dünyada və regiondakı bütün aktyorları – yəni Bəşər Əsədi, PYD-ni, Rusiyanı, İranı, Avropa Birliyini düşmən elan edib. Bir tərəfdən təyyarəsini vurduğu Rusiyadan NATO-ya şikayət edir, digər yandan Şanqaya getmək istəyir və Türkiyəni Səudiyyə Ərəbistan ilə Qətərin müttəfiqi elan edir. Səudiyyə təyyarələrini İncirlikdə endirdi. 150 min nəfərlik Səudiyyə-Qətər qara güclərinin Türkiyə sərhədlərindən girib Suriyanı işğal etməsi barədə danışılır. Rusiya vurar deyə təyyarəsini havaya qaldırmadığı üçün Suriya kürdlərini (eynilə Türkiyə kürdləri kimi) “fırtına topu” atəşinə tutmaqla öyünür. 

Heç kim belə bir məqamda Türkiyəni müharibəyə girməyə məcbur etmir. İqtidar 90 illik Türkiyə tarixində ilk dəfə belə bir tələ qurdu və özü içinə atılmağa hazırdı. 1 mart 2003-cü ildə cəhd edib bacarmadığı şeyi, Türkiyəni çirkli bir müharibəyə salıb pərişan etmə imkanını Ərdoğana verməyəcəyik. Rəhbərlikdə olanların uşaqları hərbi xidmətə getmədiyi halda, xalqın uşaqlarının bir də Suriya ölüm tarlalarında siyasi ehtiraslar uğuruna çıxarılmasına razı olmayacağıq. Əks halda Türkiyə bunun hesabını əvvəl axır tələb edəcək!”






Fikirlər