"Müsəlmanların ƏN BÖYÜK bədbəxtçiliyi ondadır ki..." — POLİTOLOQ

"Müsəlmanların ən böyük bədbəxtçiliyi ondadır ki..." — Politoloq

Son günlər bütün dünyanı terror dalğası bürüyüb.

Demək olar ki, hər gün Türkiyədə terror aktı törədilir. Bundan əlavə Avropa ölkələrində, dünən isə Pakistanda qanlı terror aktı törədilib.

PKK və İŞİD bəlası azmış kimi, artıq "Taliban" da fəallaşmağa başlayıb.

Terror aktlarının artmasına və terrorçu təşkilatların son zamanlar fəallaşmasına səbəb nədir?

Bu sualı politoloq Zərdüşt Əlizadə Ölkə.Az-da cavablandırıb:

"Dünyada qlobal qarşıdurma artır. Şərq-Qərb, İslam-xiristianlıq və mövqeləri toqquşan müxtəlif ölkələr arasında gərginlik artır. Terror və anti-terror silahından istifadə edənlərin sayı çoxalıb. Ona görə də dünyada belə hallar baş verir.

Son zamanlar milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Milyonlarla qaçqın öz dərdini, sərini, etirazını hansısa bir yolla bildirməlidir. Onların da gücü dinc vətəndaşlara çatır. Yerindən-yurdundan didərgin düşənlər Qərbə etirazını dinc əhaliyə qarşı terrorla bildirirlər. Bu tamamilə yalnış bir siyasətdir.

Şərqdə satirik düşünmə qabiliyyəti çox zəifdir. Onlar anlamırlar ki, düşdükləri ağır vəziyyət özlərinin günahıdır, Qərbin yox. Çünki onlar öz mənafelərini, balalarını müdafiə edəcək siyasi quruluşlar yarada, demokratik hakimiyyətlər qura bilməyiblər. Şərqdəki dövlətlərin hamısı anti-milli və anti-islam dövlətləriridir. Onlar elə dövlət yaratmalıdırlar ki, həmin dövlət cəmiyyətin, xalqın güclənməsinə xidmət etsin. Güclü dövlətin güclü ordusu olar. Gəlin baxaq, bütün ərəb dövlətlərinin orduları bir İsrailin qarşısında acizdir. Liviya milyonlarca dollarlıq pul xərcləyib ordu yaratmışdı, ancaq həmin ordu NATO bombardmanına və terrorçuların hücumlarına duruş gətirə bilmədi. Müsəlman dövlətlərinin hakimiyyətləri diqqəti daxilə yönləndirmək yerinə eyş-işrətlə yaşamağa, bahalı nələrsə almağa, naz-nemət içərisində yaşamağa üstünlük verir. Onlar nə dövləti, nə vətəni, nə İslamı, nə də Şərqi düşünmürlər. Ona görə də, kənar qüvvələr gəlib bu ölkələrdə ağalıq edir. Bu zaman isə xalq müsibətlərə düçar olur. Və müxtəlif başıboş adamlar dinc əhalini qırmağa başlayırlar. Müsəlman xalqları savadlanmalı, təşkilatlanmalı və müətərəqqi milli dövlətlər yaratmalıdırlar. Hələlik bunların heç biri milli deyil".






Fikirlər