“Jurnalistlərin bütün yazılarına əhəmiyyət veririk”- Nazir
Azərbaycan Xalça Muzeyində Mətbuat Şurasının təşkilatçıaılığı ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə informasiya agentlikləri, qəzetlərin baş redaktorları və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşü keçirilib.
Modern.az xəbər verir ki, görüşdə jurnalist qurumlarınnı rəhbərləri bir sıra maraqlı və vacib təşəbbüslərlə çıxış ediblər. Həmçinin nazir Ə.Qarayev də jurnalistlərlə işləməyin onlar üçün maraqlı olmasından danışıb və bildirib ki, nazirlik olaraq obyektiv jurnalist yazılarına xüsusi diqqət yetirirlər:
“Jurnalistlərin bütün yazılarına əhəmiyyət veririk. O, yazılardan nəticələr çıxarırıq. Obyektiv yazıları ayrcıa kənara qoyub araşdırırıq”.