Şeyx ərəb ölkələrini “qoyun“ adlandırdı
İsrailin Qəzzaya hücumu Livandakı "Hizbullah" təşkilatının da etirazına səbəb olub. Belə ki, "Hizbullah"ın baş katibi Şeyx Həsən Nəsrullah İsrailin Qəzzaya hücumuna göz yuman ərəb ölkələrini tənqid edib.
Мəlumata görə, "Hizbullah"ın baş katibi Qəzzada baş verən qətliamlarla bağlı öz tərəfdarlarına da səslənib. O, bir sıra ərəb ölkələrini kəskin tənqid edərək qoyun adlandırıb: "Suriyaya silah göndərirlər, amma Fələstinə bir güllə də göndərmirlər. Əgər o ölkələr qoyunlaşıbsa, Fələstində, Livanda və bir çox ərəb ölkələri içində aslanlar və qəhrəmanlar var".
"Hizbullah" lideri onu da bildirib ki, onlar Qəzzadakı insanların qətlinə biganə qalmayacaqlar: "İran Suriya və Livan keçmişdə olduğu kimi heç vaxt Qəzzadan vaz keçməyəcək. Biz dini və insani vəzifəmizi yerinə yetiririk".