“Çox TƏƏSSÜF ki, alpinistlər TAPILMADI…” - Klub RƏHBƏRİ

“Çox təəssüf ki, alpinistlər tapılmadı…” - Klub rəhbəri

"Dekabrın 28-dən yanvar ayının 16-a kimi axtarışlarda iştirak elədim. İstirahət edib, yenidən dağa qayıtdım. Yenicə dağdan gəlmişəm. Sabahdan axtarış prosesinə yenidən qoşulacam”.

"AzerTaym.az" xəbər verir ki, bunu bizimyol.info-ya itkin düşən alpinistlərin axtarış prosesində iştirak edən, idman dırmanması üzrə təlimçi, "Şəki A.M.A” idman klubunun rəhbəri Müşfiq Səmədli bildirib.

O deyib ki, axtarış prosesində iştirak edən alpinistlər itkin düşən alpinstlərin tapılması üçün əllərindən gələni edirlər: "Axtarışlar əsasən Mahmuddərə adlanan ərazidə aparılır. Hətta Yeni il bayramında da axtarışı davam etdirdik. Çox təəssüf ki itkin düşən alpinistlər tapılmadı. Onların üçü də mənim dostum idi. Cəbrayılzadəni 6 ildir tanıyırdım, hamıya kömək etməyə çalışan, güləriz insan idi. Heyif..”.

Müşfiq Səmədli bildirib ki, ilk günlər axtarış prosesində iştirak edən alpinistlər çox idi: "Əvvəllər axtarışa könüllülər də qoşuldu. Xınalıq camaatı da bizə kömək edirdi. Hazırda axtarışda iştirak edən yetəri qədər alpinist var”.

"Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə dekabrın 27-də başlanan axtarış işləri davam etdirilir.






Fikirlər