Rza Zərraba qarşı yeni ŞOK İTTİHAMLAR

İran əsilli iş adamını yaşlı kamera yoldaşına təcavüzdə suçladılar; milyonçu məhkəmədə verdiyi rüşvətlərdən danışır: “Rüşvətə təşnə hər kəsin bir qiyməti var”

Amerikanın İrana qarşı yönəlmiş embarqo yasağını pozduğu iddiası ilə Nyu-Yorkda ittiham olunan, daha sonra isə etirafçı statusunda ifadə verən iranlı iş adamı Rza Zərrabın türmədə kamera yoldaşına təcavüz etdiyi iddiası ortaya çıxıb. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrabı təcavüzdə suçlayan şəxs isə narkotik qaçaqçılığında ittiham olunan FouziJaber adlı məhkum olub.

“New-YorkTimes” (NYT) qəzetinin məhkəmə ilə bağlı yenilikləri izləyən müxbiri BenjaminVeiserin xəbərinə görə, Manhettendəki həbsxanada eyni kamerada qalan bir məhkum Zərrab tərəfindən cinsi istismar və təcavüzə uğradığını iddia edərək, şikayətçi olub.

İki gün öncə, axşam saatlarında açılan cinayət işində qeyd olunub ki, sözügedən təcavüz faktları 2016-cı ilin noyabr-2017-ci ilin mart aylarında baş verib. İddiaya görə, şikayətçi olan məhbus FouziJaber 62 yaşında və Kotd’İvuar vətəndaşıdır. Keçən il Çexiyada yaxalanaraq ABŞ-a deportasiya edilib. Bir terror qrupuna dəstək verməkdə ittiham olunur və cinayətini etiraf edib, haqqında veriləcək qərarı gözləyir. Amerika mətbuatına görə, əslən Liviyadan olan bu şəxs Kolumbiya Silahlı İnqilabçı Güclərinə silah və narkotik maddə təmin etmə ittihamları ilə yaxalanmışdı.

Jaberin sözügedən təşkilatın üzvü qiyafəsinə girən Amerikan Federal Narkotik Dairəsi (DEA) işçiləri ilə bir neçə dəfə görüşdüyü və bu səbəblə yaxalandığı qeyd olunur. İddiaya görə, Jaber həmin dönəmdə ‘Əlahəzrət" kod adından istifadə edirdi. Belə ki, həmin ərəfədə Jaber, bu şəxsləri narkotik və silah qaçaqçıları ilə tanış edib. Təmsil etdiyi təşkilatın silah almasına, Afrikada narkotik qaçaqçılığı etməsinə və pul yumasına yardım sözü verib.

Hücre arkadaşı Zarrabı suçladı

Jaber, ABŞ-ın yaxalanması və deportasiya edilməsi tələbinə əsasən 2014-cü ilin aprel ayında Çexiyada yaxalanıb. 25 iyul 2017-ci ildə isə ABŞ-ın bir terror təşkilatı olaraq tanıdığı FARC’a yardım etmə ittihamını NyuYorkdakı bir məhkəmədə qəbul edib.

Liviya mətbuatında isə Jaberin keçmişdə bir adam qaçırma hadisəsinə dair xəbərlər mövcuddur. Jaberin və digər iş birlikçi dostları Çexiyadakı həbsxanada qaldığı müddət ərzində Liviyada 5 Çexiya vətəndaşı qaçırılıb. Mediada isə həbsdəki liviyalılar və Çexiya vətəndaşları ilə bağlı “məhkum mübadiləsi” təcrübəsinin həyata keçiriləcəyi yazılırdı.

İddianamədə qeyd olunub ki, dövlətin təmin etdiyi bir vəkil tərəfindən müdafiə olunan F.Jaber adlı məhkum üçün R.Zərrab özəl vəkil tutmaq və Afrikada yaşayan ailəsinə pul göndərmək təklifi edib. İddia ərizəsində qeyd olunub ki, məhkum 8 martda (beynəlxalq qadınlar günündə) növbəti dəfə R.Zərrab tərəfindən təcavüzə məruz qalıb. Bu zaman qışqırmağa başlayan məhkumla yanaşı digər məhkumlar da türmə rəhbərliyinə şikayət ediblər. İstintaq materialında qeyd olunub ki, məhkum “daha gənc və daha güclü adam qarşısında” çarəsiz qalıb və “müqavimət göstərə bilməyib”.

Şikayətçi F.Jaber eyni zamanda deyib ki, həmin ərəfədə çox qorxurmuş və utandığım üçün şikayətçi olmayıb. Vəkili AlekseyŞaxt isə deyib ki, türmə rəhbərliyi bununla bağlı araşdırma aparsa da, heç bir dəlil tapmayıb.

Şaxt müvəkkilinin dediklərinin doğru olduğunu vurğulayıb: “Həbsxanada olmaq onsuz da pis bir təcrübədir. Bu hadisə isə onun təcrübəsini daha qorxunc bir hala gətirib”.

Zərrabın vəkillərindən olan Robert J. Anello isə iddiaların etibarsız bir qaynaq tərəfindən irəli sürüldüyünü, bu səbəbdən də yalan olduğunu vurğulayıb.

Amma sonda yetərli sübut tapılmadığı üçün bu iddia da qüvvədən düşüb.

Jaber ABŞ-ın yaxalanması və deportasiya edilməsi tələbinə əsasən 2014-cü ilin aprel ayında Çexiyada yaxalanıb. 25 iyul 2017-ci ildə isə ABŞ-ın bir terror təşkilatı olaraq tanıdığı FARC’a yardım etmə ittihamını NyuYorkdakı bir məhkəmədə qəbul edib.

Liviya mətbuatında isə Jaberin keçmişdə bir adam qaçırma hadisəsinə dair xəbərlər mövcuddur. Jaberin və digər iş birlikçi dostları Çexiyadakı həbsxanada qaldığı müddət ərzində Liviyada 5 Çexiya vətəndaşı qaçırılıb. Mediada isə həbsdəki liviyalılar və Çexiya vətəndaşları ilə bağlı “məhkum mübadiləsi” təcrübəsinin həyata keçiriləcəyi yazılırdı.

***

İddianamədə qeyd olunub ki, dövlətin təmin etdiyi bir vəkil tərəfindən müdafiə olunan F.Jaber adlı məhkum üçün R.Zərrab özəl vəkil tutmaq və Afrikada yaşayan ailəsinə pul göndərmək təklifi edib. İddia ərizəsində qeyd olunub ki, məhkum 8 martda (beynəlxalq qadınlar günündə) növbəti dəfə R.Zərrab tərəfindən təcavüzə məruz qalıb. Bu zaman qışqırmağa başlayan məhkumla yanaşı digər məhkumlar da türmə rəhbərliyinə şikayət ediblər. İstintaq materialında qeyd olunub ki, məhkum “daha gənc və daha güclü adam qarşısında” çarəsiz qalıb və “müqavimət göstərə bilməyib”.

Reza Zarrab, a key witness in a sanctions-evasion case, in December 2013.

Şikayətçi F.Jaber eyni zamanda deyib ki, həmin ərəfədə çox qorxurmuş və utandığım üçün şikayətçi olmayıb. Vəkili AlekseyŞaxt isə deyib ki, türmə rəhbərliyi bununla bağlı araşdırma aparsa da, heç bir dəlil tapmayıb.

Şaxt müvəkkilinin dediklərinin doğru olduğunu vurğulayıb: “Həbsxanada olmaq onsuz da pis bir təcrübədir. Bu hadisə isə onun təcrübəsini daha qorxunc bir hala gətirib”.

Zərrabın vəkillərindən olan Robert J. Anello isə iddiaların etibarsız bir qaynaq tərəfindən irəli sürüldüyünü, bu səbəbdən də yalan olduğunu vurğulayıb.

 ***

“Yeni Müsavat” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrab məhkəmədə ilk gündən etibarən bir-birindən fərqli açıqlamalar verib. O, ilk prosesdə keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana ən azı 45-50 milyon avro rüşvət verdiyini açıqlayıb. İkinci prosesdə isə Zərrab bildirdi ki, İrana yönəlmiş ABŞ investisiyalarının dəlindiyi bankçılıqprosedurları üçün nazirlərdən razılıq və təlimat alması lazım idi. Zərrab keçmiş Xalq Bankın rəhbəri Süleyman Aslana da milyonlarla dollar rüşvət verdiyini (hətta bir dəfə 3 milyon dollar)bildirdi. Prosesin yeganə təqsirləndiriləni sayılan Atillalehinə olan ifadələrə diqqət çəkən Zərrab Atillanın ondan nə rüşvət istədiyini, nə də rüşvət aldığını deyib.

Zərrabın üçüncü gündən ən çox ağılda qalan ifadəsi isə keçmiş “Xalqbank” müdiri Süleyman Aslan haqqında “Nə zaman salam versəm, borclu çıxırdım” deməsi idi. Zərrab ilk iki günün əksinə olaraq Atilla üçün də ittihamedici ifadələrdən istifadə edərək, “Qanunlarda bir boşluq tapdı, beləcə qızıl işini də davam etdirə bildik. Bu üsulu Aslan və Atillaya finalizasiya etdik” deyib.

Zərrab Amerikada həbsdə ikən “türk qadın vəkili” vasitəsilə gözətçilərdən birinə 45 min dollar verdiyini, spirtli içki içdiyini, qızı ilə görüntülü danışdığını dedi. Türkiyədə heç kimə qarşı qəzəbli və incik olmadığını deyən Zərrab siyasi əlaqələri mövzusunda isə hər hansı məlumat verməyib.

Vəkilləri Atillanıtəmizə çıxarmağa çalışarkən Zərrab da Atillanın"Xalqbank"dakı otağının neçənci mərtəbədə olduğunu belə bilmədiyini, ondan daha yüksək instansiyadakı insanlarla ünsiyyətdə olduğunu, həbs olunanda isə şok keçirdiyini deyib. Zərrabın məhkəmənin 6-cı günündən ən çox ağılda qalan cümləsi isə “Rüşvət almağa təşnə hər kəsin bir qiyməti var” olub.






Fikirlər