Ukraynada RADİKAL RUSİYALILARA məxsus ticarət MƏRKƏZİNİ TUTULAR

Kiyevdə radikal millətçilər Okean Plaza ticarət-əyləncə mərkəzində tüstü bombası yandırıblar.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, nəticədə ziyarətçilər dərhal təxliyə olunub. Millətçilərin sözlərinə görə, ticarət mərkəzi rus biznesmenə məxsus olduğu üçün onlar bu addımı atıblar.

Polis və mərkəzin təhlükəsizlik işçiləri vəziyyətə nəzarət etmək üçün çalışırlar.

Ötən gün isə ticarət mərkəzinin yaxınlığında rusların Ukraynadakı biznesinə qarşı aksiya keçirilib. Yüzə yaxın radikal millətçi mərkəzin girişini bağlayıb, binanın önünə avtomobil şinləri gətirib və vitrinlərə Rusiyaya qarşı şüarlar yazıblar.






Fikirlər