FANTASTİK və FIRILDAQ LAYİHƏ TAM DAYANIR! - Hacı İbrahim texnikalarını satışa çıxardı
“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Xəzər adaları” layihəsinin tikintisi üçün aldığı texnikaları satışa çıxarıb. AzNews.az-a daxil olan məlumata görə, layihədə istifadə olunan ağır texniki vasitələrin artıq bir hissəsi satılıb. Hacı İbrahimin maliyyə böhranından sonra çətinliklə üzləşdiyi, məhz bu səbəbdən belə addım atdığı bildirilir. Xatırladaq ki, “Beynəlxalq Bank işi”ndə adı hallanan iş adamı ötən il saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdı. Nehrəmli “Beynəlxalq Bank”dan əvvə 78 milyon manat məbləğində kredit götürdüyünü, kredit borcunu gecikdirdiyi üçün “Bandotdel”ə aparıldığını açıqlasa da, sonradan bu məbləğin 500 milyona yaxın olduğunu etiraf etmişdi. Ancaq bəzi məlumatlara görə isə, Hacı İbrahim mifik “Xəzər adaları” layhəsini rallaşdırmaq adı ilə Beynəlxalq Bankdan 850 milyon dollar götürüb. Ümumilikdə Hacının kredit borclarının məbləğinin 1 milyard dollara yaxın olduğu deyilir. Yəni Hacı İbrahim utopik layihəsinə “öz pullarını” yox, banklardan aldığı kreditləri xərcləyib. Özü də Beynəlxalq Banka ödəyəcəyi kreditlə yanaşı, başqa kreditlərinin olduğunu da etiraf edib. Hansı ki, mifik bir layihə adı ilə alıb xərcləyib. Həm də təkcə bu layihəyə yox. Şəxsi təyyarəyə, katibəsi üçün yüz min dollarlıq “cip”ə, minlərlə dollarlıq ətirlərə, özünə 14 min dollara ayaqqabı almağa və s. bu kimi dəbdəbələrə… Təsadüfü deyil ki, bir qədər əvvlə yayılan məlumatlarda Hacı İbrahimin satışa çıxardığı əmlaklar arasında daşınmaz obyektlərlə yanaşı bahalı avtomobillərin də olduğu bildirilirdi. Qeyd edək ki, “AzPolitika.info” dəfələrklə bu layihənin perespektivsizliyinə, ortada ciddi bir fəaliiyətin deyil, sadəcə İbrahim Nehrəmlinin əksəriyyəti sonradan yalan çıxan iddialarının olduğuna dair məqalələr dərc edib. Bu layihəyə inamsızlıq yaradan ən əsas faktorlardan biri də elə layihə müəllifinin özünün bəyanatları olub.İbrahim Nehrəmli çox tez-tez danışır və saysız-hesabsız vədlər verir, rəqəmlər açıqlayır, tarix göstərirdi. Lakin indiyədək bu vədlərin mütləq əksəriyyəti özünü doğrultmayıb, açıqlanan rəqəmlər isə heyrətdoğurucu həddə ziddiyyətli olub (Bu barədə AzPolitika.info-da 09.07.2014-cü ildə yayımlanmış “XƏZƏR ADALARI”: FIRILDAQ LAYİHƏ BARƏDƏ BÜTÜN GİZLİNLƏR” adlı araşdırma yazısında ətraflı bəhs olunub). Ötən ilin yayında isə İbrahim Nehrəmli ilə Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cunlə müqavilə imzaladığını bəyan etmişdi. İddia edirdi ki, adıçəkiləm şirkət FANTASTİK “Xəzər adaları” layihəsinə ilkin olaraq 3 milyard dollar, ümumilikdə isə 15 milyard dollar investitsiya yatırmağa razılaşıb.Guya Çinin adıçəkilən şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşdıracaq. Hələ bu müqavilə imzalanarkən “AzPolitika.info” İbrahim Nehrəmlinin “Xəzər adaları” layihəsi ilə bağlı indiyədək söylədiklərinin heç 1 faizinin belə reallaşmadığını əsas götürərək, bu xəbərin də doğru olduğunu şübhə altına almış, hətta mümkün olmadığını bildirmişdi. Bununla bağlı elə müqavilə imzalanan gün saytımızda “HACI İBRAHİMİN 3 MİLYARDLIQ YENİ NAĞILLARI VƏ HƏQİQƏTLƏR” başlıqlı yazı dərc olunmuşdu. Maraqlananlar baxa bilər, təkrarlamaq istəmirik. 100 milyonlarla kredit borcu olan, bu səbəbdən ölkədən leqal və qeyri-leqal yollarla çıxışının qarşısı alınan Hacı İbrahimin, sözügedən müqaviləni məhz ÖLKƏDƏN ÇIXMAĞA İCAZƏ ALMAQ üçün imzaladığını da istisna etməmişdik. Ancaq hüquq-mühafizə orqanlarının Hacının bu hiyləgər gedişinə aldanmasının inandırıcı saymamışdıq. Göründüyü kimi, bizim təxminlərimiz doğru çıxdı. Sentyabrın 20-dən sonra Honkonqa səfər etməyin şərt olduğunu iddia edən Hacının göstərdiyi tarixdən təxminən 8 ay keçib. Lakin Hacının özünün də dediyi kimi Azərbaycanı tərk etməsinə icazə verilməyib. Yəni, hökumət də bizim kimi onun səmimiyyətinə inanmayıb. Hər halda ağlı başında olan adam üçün ilin-günün bu vaxtı hansısa ofşor şirkətin qeyri-real, heç bir perespektivi olmayan layihəyə 15 milyard yox, heç 15 qəpik də qoymayacağını görməsi elə də çətin deyil. Görünür, bu fantastik və qeyri-real layihəni davam etdirmək adı ilə artıq hardansa kredit almağa, investor tapmağa ümüdü qalmayan İbrahim Nehrəmli tikinti üçün aldığı texnikaları satışa çıxarıb, borcunun bir hissəsini bağlamaq istəyir. Qalanı isə yəqin ki, onun fantastik layihəsi kimi BATACAQ!
Qeyd olunur ki, “Xəzər adaları”nda işlər səngidiyindən və iş adamına təcilli nağd pul lazım olduğundan texnikaları ucuz qiymətə satmağa məcbur olub.
Həmin yazıda Nehrəmlinin yeni tərəfdaşının ofşor şirkət olduğunu bildirmişdik. Belə ki, Çin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkəti adlanan (Milli sözünü bizimkilər əlavə edib) şirkət 2010-cu ilin dekabrında Böyük Britaniyanın yurisdiksiyasında olan Kayman adalarında qeydiyyatdan keçib. Honkonq birjasında bu şirkət haqqında heç bir məlumat yoxdu. Özünün saytında isə son maliyyə hesabatı 2012-ci ilə aiddir. Milyardlarla investisiyadan dəm vuran şirkətin hansısa iri bir layihədə iştirakına dair isə ümumiyyətlə məlumat yoxdu.
Bu cür ofşor zonalarda yaradılan şirkətlərin isə bir çox hallarda fırıldaq layihələri leqallaşdırmaq, çirkli pulların yuyulması ilə məşğul olduğu hər kəsə məlumdur. Bəzən iş adamları yerli ictimaiyyəti aldatmaq üçün də bu cür şirkətlərlə yalançı, heç bir real əhəmiyyəti olmayan müqavilələr bağlamaq üçün istifadə edirlər. Elə bu səbəblərdən adıçəkilən şirkətin də Hacı İbrahimlə “razılıq” əsasında sözügedən müqaviləyə imza atdığını da istisna etməmişdik. Beynəlxalq Banka 430 milyon, digər banklara, şirkətlərə və işçilərinə 100 milyonlarla borcu olan İbrahim Nehrəmlinin belə bir müqaviləni ölkədən çıxmağa zəmin hazırlamaq məqsədilə imzaladığını da istisna etməmişdik. Belə ki, İbrahim Nehrəmlinin çinli iş adamı ilə imzaladığı müqaviləsinə dair açıqlamasındakı bir məqama diqqəti cəlb etmişdik. Hacı İbrahim demişdi ki, müqavilə şərtlərinə əsasən, şirkət “Xəzər adaları” ilə bağlı satış işini Çində və Honkonqda həyata keçirəcək: “Bununla əlaqədar mən sentyabrın 20-dən sonra Honkonqa səfər edəcəm. Çünki MƏNİM yaxın günlərdə ən azı bir həftəlik müddətə Honkonqa SƏFƏR ETMƏYİM məsələsi bu gün imzaladığımız müqavilədə ŞƏRT KİMİ İRƏLİ SÜRÜLÜB. Müqaviləyə uyğun olaraq, biz Honkonqda və Azərbaycanda birgə şirkət yaradacağıq və “Xəzər adaları” layihəsi isə həmin birgə şirkət üzərindən idarə olunacaq.”
Yəni, İbrahim Nehrəmlinin sözlərindən belə çıxırdı ki, o, yaxın günlərdə Honkonqa səfər etməsə, müqavilənin əsas şərtlərindən biri pozulacaq. Bu da bütövlükdə müqavilənin baş tutmaması deməkdir.
Sonradan yayılan məlumatlardan belə məlum oldu ki, iş adamının ölkədən qaçmağın yollarını aramasının səbəbi təkcə banklara olan borcu deyil. Belə ki, son dövrlər işçilərinin əmək haqqı tələbindən bezən Nehrəmlinin borclu olduğu şirkətlərin də pul tələbi ilə də üzləşdiyi bildirilir. “Avesta Konserni” MMC-nin əməkdaşlarından birinin verdiyi məlumata görə, İbrahim İbrahimovun “Holcim Azərbaycan” ASC və ““Akkord Sement”ə olan borcu 400 milyon manata yaxındır. Həmin şirkətlər də artıq İbrahim Nehrəmlidən borcunu tələb edir.
Bundan əlavə onun “Aliye Technolgy”, “Baku Roofing Company”, “Sobsan”, “Shell”, “Osmanlı Makina”, “Azcam Balkon” kimi onlarla şirkətə və çoxsaylı fiziki şəxslərədə külli miqdarda borcunun olduğu bildirilir.