Musa Yaqub Ramiz Rövşənlə necə QOHUM oldu?

Tanınmış şair Musa Yaqub yaxın dostu  Ramiz Rövşənlə qohumluğundan danışıb.

 Publika.az-a açıqlama verən M.Yaqub  bu qohumluqdan məmnun qaldığını söyləyib: “Bu yaxınlarda qızımın oğluna – nəvəmə toy etdik, Ramiz Rövşənin qardaşı qızını gəlin gətirdik. Bunun da səbəbkarı qızım oldu. Qızımla Ramizin qardaşı Yaşarın həyat yoldaşı Universitetdə bir yerdə oxuyublar, tələbəlik illərindən ta bu günə qədər rəfiqəlik ediblər. Oğlunu rəfiqəsinin qızı ilə evləndirmək onun istəyi oldu. Tanıdığım ailənin övladıdır, bu qohumluqdan çox məmnunam”.

 

M.Yaqub oğlunu da dostunun qızı ilə evləndirdiyini deyib.






Fikirlər