İçkiyə qurşanan sabiq nazirin ürəyi sözünə baxmır - TİBBİ YARDIM GƏLDİ

 

Hər gün həbs olunmaq qorxusu altında yaşayan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun  yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib.Bu axşam sabiq nazirin qəfil ürəktutması baş verib, nəbzi yüksəlib.

Halı pisləşən Eldar Mahmudova ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti yaxşı deyil.

Saytımızı bilgiləndirən mənbə onu da qeyd edib ki, yaxın ətrafı həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan Eldar Mahmudov düşdüyü durumdan içki vasitəsi ilə çıxmağa çalışır: “Onu tanıyanlar bilir ki, o hər zaman içkiyə meyilli adam olub. Son zamanlar isə içkinin sayını çoxaldıb. Demək olar ki, hər gün spirtli içki  içir.  Bu da onun səhhətində ciddi fəsadlar verir”.

Onu da qeyd edək ki, Eldar Mahmudov hələ bir neçə ay əvvəl dindirməyə aparılarkən maşında səhhəti pisləşmişdi. Onun ürəyində ciddi problemin olduğu deyilir.

Milli təhlükəsizlik naziri olduğu zaman ərzində “kəsdiyi başa” sorğu olmayan Eldar Mahmudov hazırda həbs təhlükəsi qarşısındadır.






Fikirlər