20.04.2014. - E.Əzizov Prezidentin tapşırığını "eşitməyib" - (Video)
Sumqayıt şəhəri 10-cu mikrorayondakı bir neçə binanın sakinlərinin hiddətinə səbəb olan məsələ yaşadıqları binanın arxasındakı parkın dağıdılıb yerində inşaat işlərinin görülməsidir.
Sakinlərin sözlərinə görə, bir neçə il öncə də bu ərazidə tikinti aparmaq istəyənlər olub. Buna imkan verilməyib.
Lakin bu ilin mart ayında yenidən tikinti işləri fəallaşıb. Artıq bina tikintiisi üçün bünövrə də qazılıb.
Sakinlər ANS-ə deyib ki burda əvvələr müxtəlif növ ağaclar əkilib, ancaq tikinti işi ilə əlaqədar ağaclar kökündən çıxarılıb. Buna baxmayaraq binada yaşayanlar yenidən yaşıllığı bərpa ediblər. İndi də sakinlərin tək istəyi var ki, o da tikitinin dayandırılmasıdır.
Qeyd edək ki, Sumqayıtda ağacların qırılması ilə bağlı dəfələrlə şikayət olub. Amma şəhərin icra başçısı Eldar Əzizov bu şikayətlərlə bağlı hələ də konkret əməli addım atmır. Halbuki prezident İlham Əliyev ağacların qırılıb yerində tikinti işlərinin aparılmasını "vicdansızlıq və cinayət" adlandırıb.