"Vahidlə Mirşahin üzr istəsin, Ərdoğana deyim..." - FOTO

Özünü İmam Mehdi kimi qələmə verən Kürdəxanı sakini Kazım Əziz həqiqi Mehdinin özü olduğunu sübut etməyə çalışır. O, bunun üçün Peyğəmbərdən (s) hədislər də gətirir. 

Kazım Əziz həmçinin Türkiyənin məhşur müğənniləri Sibel Can və İbrahim Tatlısəslə də yaxın münasibətdə olduğunu deyir. O, həmçinin Qarabağın açarının onun əlində olduğunu deyərək,  öz ordusu ilə edəcəyi cihadla Qarabağı geri qaytaracağını iddia edir. 
"İmam Mehdi"nin iddiasına görə, vaxtilə efirə çıxmaq istəsə də buna mane olanlar tapılıb:
“Dəfələrlə Xoşqədəmə müraciət etdim, dəvət etmədilər məni . ANS-də Mir Şahinə müraciət etdim. Sonradan Mir Şahin telefonuma mesaj göndərərək  “məni narahat etmə, əl çək məndən” deyə bildirdi. Mir Şahinin mesajı telefonumun yaddaşında qalıb. Vahid Mustafayev də söz versə də məni verilişə dəvət etmədi. Dedim Vahidlə hər ikisi üzr istəsin məndən, Ərdoğana deyib açdıraram kanallarını. 5 dəfə studiyalarında oldum, söz vermədilər, 2 dəfə isə qovdular verilişdən”.
Moderator.az Mir Şahinə məxsus olduğu iddia edilən və Kazım Əzizə göndərdiyi mesajları təqdim edir:

 






Fikirlər