ANS-in şikayəti təmin edilmədi
Bu gün Ali Məhkəmədə ANS Media və Yayım Şirkətlər Qrupunun Bakı Apellyasiya Məhkəməsinin "ANS TV"nin lisenziyasına xitam verilməsi barədə qərarından verdiyi kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, ANS-in şikayəti təmin edilməyib. Qeyd edək ki, kassasiya şikayəti ANS telekanalının lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarından verilib. Həmin qərar da Teleradio Şurasının müraciəti əsasında çıxarılıb. MTRŞ-nin iyulun 18-də verdiyi qərarla ANS-in fəaliyyəti 1 ay dayandırılıb. Şura lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib.