Cəlilabadlılar Ziya Məmmədovu belə qarşıladı - FOTOLAR

 

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, nəqliyyat naziri Ziya Məmmədov noyabrın 25-də Cəlilabad rayonunda növbəti qəbul keçirib.
 
 AzerTaym.az xəbər verir ki, nazir Cəlilabad, Biləsuvar, Masallı rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciəti, şikayət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətləri əsasən, Cəlilabad-Uzuntəpə marşrut xəttinə əlavə avtobusların buraxılması, Cəlilabad rayonunun Cavadxan küçəsindən keçməklə 2-ci şəhərdaxili marşrut xəttinin açılması ilə bağlı təkliflər, Biləsuvar şəhər mərkəzindən kəndlərə hərəkət edən avtobusların şəhər avtovağzalından hərəkətinin təşkili, əvvəllər mövcud olmuş Lənkəran-Qazax marşrut xəttinin bərpası və digər məsələlərlə bağlı olub.
Həmçinin, Masallı, Biləsuvar, Cəlilabad rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə bağlı minnətdarlıq ifadə olunub. Nazir Ziya Məmmədov vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.






Fikirlər