Əli Əliyev məmurları topa tutdu: "Qara MÜNASİBƏT..."

Похожее изображение

“Hazırda “dəmir barmaqlıqlar” arasında sorğu-suala çəkilən sabiq məmurlar heç ağıllarına gətirməzdilər ki, nə zamansa belə bir tale ilə üzləşə bilərlər”.

Bu sözləri ANV.az-a danışan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev söyləyib.

Onun sözlərinə görə, bütün cinayətkarlarda olduğu kimi, onlarda da özünü qoruma instinkti var:

“Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, onlar daha çox bir-birinin üzünə dururlar. Sübut etməyə çalışırlar ki, onlar bu məsələdə sadəcə tapşırıq icra ediblər. Misal üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq vəzifəli əməkdaşları bütün günahları keçmiş nazir Əli Abbasovun üzərinə atırlar. Keçmiş MTN əməkdaşları da eyni mövqeni tutublar. Hesab edirəm ki, onların yaşadığı tale digər məmurlar, xüsusən “Burda mənəm, Bağdadda kor xəlifə” prinripi ilə işləyən yüksək ranqlı məmurlar üçün örnək olmalıdır. Onlar özləri üçün “qara mühasibat” sistemi yaradıblar.  Düşünürlər ki, hər şey əladır və ömürlərinin sonuna qədər belə “xoşbəxt” yaşayacaqlar. Lakin təcrübə göstərir ki, bu heç də belə deyil. Yaxşı olar ki, onlar “MTN işi” ilə bağlı baş verənlərdən dərs götürsünlər və öz çirkin fəaliyyətlərinə son qoysunlar”.






Fikirlər