Mikayıl Cabbarov Misir Mərdanovun fəaliyyətini tənqid EDİB

“Ali təhsil müəssisələrinin tələbə krediti yaratmaqda əsas məqsədi hər hansı bir şəkildə gəlir götürmək deyil, tələbələrin bu proqramdan yararlana bilməsidir”.

AzerTaym.az xəbər verir ki, bunu “Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri" mövzusunda tədbirdə çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin 82 faizi maaşlara sərf edilir: “Yerdə qalan vəsait digər məsələlərin probleminə yönəlməlidir. Qeyd edim ki, 103 tələbə artıq tələbə kreditindən istifadə edib”. Nazir bildirib ki, əsas məqsəd ölkəmizin ali təhsil sisteminin infrastrukturunu yaxşılaşdırmaqdır: “2013-cü ildə biz sistemin islahatı barədə müzakirə apararkən əsas məqsədimiz təhsil sahəsində inkişafa nail olmaq olub. Müşahidələr nəticəsində müasir təhsil sistemlərində olan çevik alətlərin və mexanizmlərin ali təhsil sistemində o dövrdə olmaması problemi aşkarlanıb. Bir neçə ilin əvvəlki təhsil sisteminin islahatı ilə bağlı danışarkən ən böyük müşahidələrdən biri o idi ki, bizim təhsil sistemimizin infrastrukturu bir çox hallarda nəinki müasirləşdirilməli, hətta yaradılması zəruri idi. Bunun da bir çox səbəbləri olub. Biri kənar faktorlarla bağlıdır. Burada bilik iqtisadiyyatının mövcudluğunu, yeni şəraitdə təhsil müəsssislərinin müxtariyyətinin artırılması, akademik mobillik, istər təhsilalan və təhsilverənlərin artıq fiiziki məkana, yəni ali təhsil müəssisəsinə deyil, təhsil prosesinin daha çevik və sərhəd tanımayan prosesə çevrilməsi əsas idi”.

Nazir əlavə edib ki, ölkədəki ali təhsil sistemi bir neçə ildir ki, sırf təsərrüfat fəaliyyəti göstərən sistemdir: “Azərbaycanın iqtisadi və digər sahələri ilə müqayisədə dövlət universitetlərində bu kifayət qədər mütərəqqi modeldir. Bunun səbəbi dövlətlə ali təhsil müəssisələri arasında münasibətin adambaşına maliyyə prinsipi ilə qurulmasıdır”.






Fikirlər