“ASLAN İSMAYILOV ŞANTAJLA PUL QAZANIR…” – İş adamından vəkilə ağır ittihamlar + FOTOLAR

IMG_3271

 

“Ömür Oral Azərbaycandakı fabrikləri 18 milyon dolların üzərində aldadıb”

“Neft Şirkəti ilə çalışan bir firma Aslana yardım edir. Qoy dövlət görsün ki, Aslanı danışdıran, arxasında duran kimdir”

10 mart tarixində Türkiyəli iş adamı, “Emre Piliç” şirkətinin direktoru Ömür Oral və onun nümayəndəsi  hüquqşünas Aslan İsmayılovun mətbuat konfransı keçirib. Konfransda iş adamı, “Xəmsə” MMC-nin direktoru Mürvət Həsənliyə qarşı bəzi ittihamlar səsləndiriblər. Bu gün həmin ittihamları cavablandırmaq üçün “Xəmsə Club”da iş adamı Mürvət Həsənli mətbuat konfransı keçirdi.

Mətbuat konfransında çıxış edən Mürvət Həsənli, Ömür Oral və Aslan İsmayılovun onun əleyhinə səsləndirdiyi bütün ittihamların əsassız olduğunu bildirdi.
“Aslan İsmayılov və Ömür Oral ermənilərlə iş birliklərin gizlədir. Amma biz məhkəməyə bununla bağlı dəqiq faktlar, sənədlər təqdim etmişik. Əgər onlarda bunu təkzib edəcək faktlar varsa niyə məhkəməyə müraciət etmirlər”- deyə M. Həsənli bildirdi.

Mürvət Həsənli Aslan İsmayılovun məqsədli şəkildə bu işlə bağlı qalmaqal yaratdığını dedi: “Bu insan qarşısındakı insanı mətbuatdan istifadə etməklə şantaj edib pul qazanır2008-ci ildə mənə zəng  edib dedi ki, bacımın qonşusu “Xəmsə” restoranında toy edib. 1800 manata qədər borcu qalıb. Xahiş edirəm, o borcu güzəştə gedin, ya da o adam sizdə işləyib borcunu ödəsin. Mən o borcu güzəştə getdim. Sonra məlum oldu ki, həmin insandan vasitəçiliyə görə 1000 manat pul alıb.

Bu gün də eyni düşüncə ilə hərəkət edir. Başa düşürəm, vəkillik fəaliyyətinə xitam verildiyi üçün əlinə yaxşı pul gəlmir. Amma bu heç də o demək deyil ki, insanlara çamur atmaqla pul qazanmaq lazımdır. Bizim yeni açdığımız bu kluba çoxlu maşınlar gəlir. Dayanacaqda işləmək üçün adam axtarırıq. Qazanc da pis deyil. Məmnuniyyətlə Aslan İsmayılova həmin vakansiyanı təklif edə bilərəm ki, belə işlərdən əl çəksin.

Özü mətbuat konfransında bildirdi ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət ediblər və orada bir ay müddətində yaxşı araşdırılıb. Cavabında bildirilib ki, bu işlə bağlı mülki qaydada məhkəməyə müraciət edin. Bu insan məhkəməyə müraciət etmək əvəzinə, yenə də təsir imkanı kimi mətbuatdan istifadə edir. Mətbuat konfransında onlar özlərini ifşa edirlər. Deyirlər ki,  1,3-1,5  milyon Mürvət Həsənlinin borcu var.

İlk öncə deyim ki, Mürvət Həsənlinin heç kimə borcu yoxdur. “Xəmsə” MMC-nin hansısa şirkətə borcu ola bilər. Sonra bunlar etiraf edirlər ki, 600 min dollar alacağımız var və bu pulun 30 faizini erməni təsisçilər Oksayan və Bozaçıyanın adından Azərbaycandakı uşaq evlərinə verirlər. Yaxşı, 600 min dollar hara, 1,5 milyon dollar hara? Burada da özlərini ifşa edirlər.

2015-ci ildən “Emre piliç” şirkətindən ölkəyə yumurta idxal edilməyib. Mətbuat konfransında isə çox böyük yalan danışaraq bildirirlər ki, guya 2016-cı ildə də yumurta gətirilib.”

O, eyni zamanda türkiyəli iş adamı Ömür Oralın ermənilərlə şəriklik məsələyə aydınlıq gətirərkən zərərli bir müqayisə apardığı və bunun nəticəsində Qərbi Azərbaycanlıları təhqir etdiyini bildirdi. Mürvət Həsənli buna sərt reaksiya verərək, bildirdi ki, Ömür Oralı və onun hüquqlarını müdafiə edən Aslan İsmayılovu bu sözlərinə görə məhkəməyə verəcək: Həmin konfransda Ömür Oral bildirib ki, Qərbi Azərbaycanda doğulanmı ermənidir, yoxsa İstanbulda doğulan ermənimi  ermənidir? Bununla bağlı onu İstanbulda məhkəməyə də verəcəyik. Qərbi Azərbaycan əzəli türk torpaqlarıdır. Bizim əslimiz türkdür, Azərbaycan türküyük. Biz orada hər zaman türklüyümüzü qorumuşuq. Müxtəlif illərdə biz Azərbaycan türklərinə orada təzyiqlər olsa da, bütün bunların hamısına sinə gərmişik. Bu gün bunlar isə Qərbi Azərbaycanlıları erməni adlandırır. Biz bunlara lazımi cavabları verəcəyik”.

Sonra  M.Həsənli bildirdi  ki, belə bir narazılığın yaranması “Emre Piliç” şirkətində payçılar arasında erməniləri bildiyindən sonra onlarla əməkdaşlığa son verdiyinə görə yaranıb: “Mən bu əməkdaşlığı dayandırmasaydım, hansı qınaqlarla qarşılaşardım. Mənim üç yaxın qohumum erməni gülləsinə tuş gəlib şəhid olub. Mən həmin şirkətlə bağlı məlumatları oxuyan günün səhəri gedib bütün əlaqələri dayandırdığımı bəyan etdim…Bu gün cəbhədə vəziyyəti bilirsiz. Elə bu yaxınlarda neçə şəhid verdik, neçə evə od düşdü. Bəlkə o qəhrəmanlarımıza dəyən güllələr bizim cibimizdən çıxıb hansısa yolla, erməni iş adamların vasitəsiylə ötürülən pullarla alınıb? Hamımız bilirik ki, erməni iş adamları pullarını bu sahəyə xərcləməyə meyillidirlər, bunu bir missiya kimi həyata keçirirlər.  Ermənilərlə şərik işləməyi Bakıdan rahat çəkinmədin, heç nə olmamış kimi bəyan edən adamın düşmənlərimizə sayğısını sübut etmək üçün görəsən əlavə nə lazımdır? Bu adam bizə yumurta, ermənilərə də silah verə biləcək adamlardı. Ona görə də, Aslan İsmayılov hansı böhtanları yağdırmasından asılı olmayaraq, erməniylə hər hansı bir əlaqəsi olan şirkətlə, fərdlərlə mübarizə aparmaq, onların ölkəmizdən qazanc əldə etməsinə qarşı çıxmaq həm də bir vətəndaşlıq borcumuzdur. Həm də bir kişilik missiyamız, şəhidlərimizə ehtiram, torpaqlarımıza bağlılıq əlamətidir. Məni bu yolda kim ittiham edirsə, mənimçün o adamın ermənidən fərqi yoxdur.

 Mən bu əməkdaşlığı davam etdirsəydim, bu gün bunlar yaşanmayacaqdı, Aslan da ortalıqda olmayacaqdı. Aslanın çörəyi belə işlərdən çıxır. Onun marağında olan məsələnin həlli yox, uzanmasıdır. Artıq biz bu qərara gəlmişik ki, Aslan İsmayılovun psixoloji durumunun yoxlanılmasına ciddi ehtiyac var. Bununla bağlı məhkəmə qarşısında vəsatət də qaldırmışıq. İstənilən ölkədə bu yoxlmanın keçirilməsinin xərcini ödəməyə də hazırıq. Bütün proseslər göstərir ki, normal psixikaya malik olan insan belə davranış sərgiləməz.

Aslan İsmayılov təkcə iş adamlarına yox, dövlət adamlarına, jurnalistlərə, QHT-lərə və digər şəxslərə böhtan atır. Onlardan birini misal çəkim. Ona iş verən, çörək verən İlyas İsmayılov olub. İndi isə deyir ki, İlyas İsmayılov mənə xəyanət edib. Bizim tərəflərdə xəyanət başqa cür anlaşılır.

Bu adam kimdən pul almaq fikrinə düşürsə, öz feysbuk səhifəsində özü və özünə oxşarlar tərəfindən o adam təhqir, şantaj edilir.   Mənimlə bağlı yazdıqlarınıı  Aslanın özünə qaytarıram”.

M.Həsənli sonra Aslan İsmayılovu Dövlət Neft Şirkətindən pul almaqda ittiham etdi: ” Deyir ki, “Siyəzən Broyler”in sahibi yuxarılardadı. Bütün məlumatlar internetdə var. “Siyəzən Broyler”in 72 səhmdarı var. Onlardan biri də ərəbdir.

Deyir ki, dənizdə neftçilərin həlak olması korrupsiya ilə bağlıdır. Hanıssa dəirələrin təmirə ayrıldığı pullar zamanında çatdırılmayıb. O pullar sənə çatır da! Mən bilirəm axı sənin arxanda  Neft Şirkətində çalışan kim durur. O pulu sənə çatdırırlar. Mən bilirəm sənə kim pul verir. Neft Şirkəti ilə çalışan bir firma Aslana yardım edir. Telefon danışıqları araşdırılmalıdır. Bu ittihamın arxasında dururam.  Qoy dövlət görsün ki, Aslanı danışdıran, arxasında duran kimdir.  Tam dəqiqləşdirmə aparılandan sonra mən bunu açıqlayacağam”. 

Daha sonra Mürvət Həsənlinin vəkili qarşı tərəfin mətbuat konfransında məhkəməyə müraciət etdiklərinə dair açıqlamasına münasibət bildirdi: “Deyir ki, məhkəməyə, prokurorluğa müraciət etmişik.   Aslan İsmayılov tərəfindən belə bir müracət yoxdur.  Korrupsiyaya Qarşı Mübarizə İdarəsində də “Siyəzən Broyler”in Mürvət Həsənliyə qarşı verilmiş şikayətinə baxılıb. O işə baxılması üçün rədd qərarı verilib. Bildirilib ki, bu mülki işdir, məhkəməyə müraciət edə bilərsiniz.

Borcun etirafına dair müqavilədən danışırlar. Mülki Məcəllədə belə bir anlayış yoxdur. Tutaq ki, belə bir müqavilə var. Buyursun məhkəməyə müraciət etsin. Niyə indiyə qədər məhkəməyə müraciət etmir?

Bizim xüsusi ittiham qaydasında şikayətimizi isə məhkəmə  icraata götürməkdən imtina edir. Əsas o gətirilir ki, biz sübut təqdim etməmişik. Ancaq həmin feysbuk səhifəsi Aslan İsmayılova məxsusdur. Bilirsiniz ki, feysbukun rəsmən təsdiqlədiyi səhifələrdə mavi dairədə təsdiqlənmə işarəsi olur. Aslan İsmayılovun səhifəsində də bu işarədən var.

Digər məhkəmə çəkişməmiz Mürvət Həsənlinin “Emre Piliç” şirkətinə qarşı iddiası ilə bağlıdır. Bu, müqaviləyə görə yaranmış öhdəliklərin icra olunmasına dair işdir.  Bu iş hazırda icraatdadır. Nümayəndəsi aidiyyat məsələni qoyur. Bildirir ki, bu işə Səbail rayon məhkəməsində baxılmalıdır. Əsas kimi də göstərir ki, “Emrə Piliç” şirkətinin həmtəsisçisi Ömür Oralın axırıncı yaşayış yeri Səbail rayonunda yerləşən otellərdən biridir. Sadəcə prosessual hüquqlardan sui-istifadə edərək məhkəmə işini uzatmağa çalışır. Yəqin  bilir ki,  bizneslə  bağlı işlərə İqtisad Məhkəmələrində baxılır. Yerli məhkəmələr bu işlərə baxmır. Məhkəmə hazırda təxirə salınıb”.

Sonra “Emrə Piliç”lə aralarındakı mübahisə haqqında Mürvət Həsənli də danışdı: “Mən bu ay- mart ayında Ömür Oralın atası ilə Türkiyədə görüşdüm. O çarəsiz şəkildə deyir ki, bu işləri bitirmək lazımdır. Sizin vəkiliniz  mənim oğlumu qızışdırır. Mənim oğlumu salıb ortalara bilmir nə etsin. Bu advokatın məqsədi nədir?

Mənim məhəkəməyə verdiyim sənədlərdən də görsənir ki, Ömür Oral təkcə məni yox, Türkiyə dövlətini də aldadıb. Həm rəsmi müqavilələrində, həm də digər tərəflərdə. Bundan əlavə, “Siyəzən Broyler”i də ciddi məbləğlərdə aldadıb. Bağlanan müqavilələrdən də bu görünür. Yəqin ki, bir çox şirkətlər onu məhkəməyə verəcəklər. Bildiyim qədəri, Ömür Oral Azərbaycandakı fabrikləri 18 milyon dolların üzərində aldadıb. Bununla bağlı hər iki dövlətin müvafiq qurumlarına məlumat verilərək, məhkəməyə gediləcək. “

IMG_3240
IMG_3244
IMG_3258
IMG_3271

 






Fikirlər