“Sosial şəbəkədə olmaq vaxt itkisidir” – AKADEMİK
“Sosial şəbəkədən istifadə etməyi xoşlamıram. Çünki lazım olmayan fikirlər, münasibətlər bizi əsas fikirdən yayındırır”. “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib. O bildirib ki, bu gün gənclərimiz sosial şəbəkədə daha çox olurlar: “Bu, zamanın tələbidir. Sosial şəbəkədə olmaq vaxt itkisidir. O vaxtın hesabına qiymətli kitab oxuya bilərəm. Bəzən artıq informasiyanın özü də zərərlidir”.