“3 İL ƏVVƏL namizəd idi, indi AKADEMİKDİR…” - Narazı alimin Prezidentə MÜRACİƏTİNDƏN
Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilərdən xeyli vaxt keçsə də,tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunun əməkdaşı Elman Şahverdiyevin etirazları davam edir. Ölkəmizlə yanaşı, beynəlxalq aləmdə də tanınmış alimlərimizdən biri olan Elman Şahverdiyevin “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə ünvanlanmış növbəti Açıq Məktubunu qısa ixtisarla dərc edirik: “Cənab Prezident! Birinin 6 istinadı var, o birinin isə 1 istinadı var! Beləliklə, TR-də akademik təyin olunmuşYusif Məmmədovun (riyaziyyat) sıfır istinadı var, amma adına rast gəlinir! Muxbir üzv Misir Mərdanovun(riyaziyyat) 3 istinadı var. Əminağa Sadıqovun (kompüter elmləri) vəİsmayıl İsmayılovun (informatika) adlarına belə rast gəlinmir! Məsumə Məmmədovanın (informatika) bir, Vagif İbrahimovun iki istinadı var! Bu təyinatlardan sonra AMEA-nın cəmi 190 üzvü oldu. Bu 190 nəfər AMEA üzvünün bir nəfərinin belə istinadlarının sayı mənimkindən çox deyil. Eyni fikri vahid məqaləyə olan istinadların sayına, Hirş indeksinə, ən çox istinad gətirən məqaləyə olan istinadların sayı haqqında da təkrarlayıram. İndi görün Fatma Abdullazadə şəxsən mənə qarşı nə cür kosmik haqsızlıqlara, ədalətsizliyə imza atıb! Cənab Prezident! Fatma Abdullazadə o vaxt bu problemi belə malalaya bildi! İndi görün F.Abdullazadə elmə ən çox istinad gətirən bir elmi işciyə qarşı, haqqını tələb etdiyinə görə, necə münasibət sərgiləyir! Və cəzasız qalırlar! O.Ələkbərov insanlara qarşı belə davranışı ilə hamını cana yığıb! Məsələn, mənimlə baş verən insidentdən heç bir ay keçməmış bu cür münasibəti başqa bir elmlər doktoruna qarşı sərgiləmişdır! Sanki həyat yoldaşınının səlahiyyətlərini mənimsəmiş O.Ələkbərov, İnstitutlara direktor təyin etdirir, qrantlar ayırtdırır, Elmi, Müdafiə və sair şuraların tərkibini müəyyən etdirir, amma… özünə məqalə yaza bilmir! Bu məsələ ilə bağlı bir şok faktı açıqlamaq istəyirəm: TR-də ümumilikdə 70 yaşlı Oktay Ələkbərovun adı 55 məqalədə keçir. Deyək ki, o məqalə yazmağa 25 yaşından başlayıb! Təsəvvür edin, bunlardan 28-i 2010-cu ilə qədər dərc olunub; qalan 27-i isə son 6 il ərzində dərc olunub. Yəni bu adam son 6 ildə əvvəlki 39 ildəki qədər məqalə dərc etdirib(!!!). Ölkənin qrant fondları yaranandan sonra bu adam az qala İnstitutda kim qrant alırsa, onlarla həmmüəllifdir! Düşünürəm ki, əlavə sərhə ehtiyac yoxdur! İxtisasım fizika olduğundan, “fizika” üzrə təyin olunmuşlara bir az əlavə vaxt ayırmaq istəyirəm. Cənab Prezident! Sual olunur ki, haradadır o elmi zənginləşdirən yeni biliklər ki, onlara bu qədər cüzi istinadlar var! Bundan əlavə, 2014-dəki seçkilərdən sonra o, elmə yalnız bir neçə istinad gətirmışdır! Əlavə sual: Haradadır o tanınmış elmi məktəblər! AMEA heç onun özünü tanımır, o ki, qaldı elmi məktəblərini! İndi isə 2016-da qəbul edilmiş “Elm haqqına qanun”dan müvafiq arayış: “Fizika” üzrə 2014-də müxbir üzv, indi də həqiqi üzv təyin olunmuş ikinci bir adam Nazim Məmmədovdur. İlk baxışda bu adam elmə kifayət qədər istinad gətirmışdır. Amma gəlin məsələnin mahiyyətinə varaq! Əlbəttə, onu təyin edənlər üçün mahiyyət heç nədir, əsas – mişuradır! Əslində heç səriştələri də çatmır ki, mahiyyətə varsınlar! Qısaca desəm, burada müəyyən mənada mərhum, 2014-də müxbir üzv təyin edilmiş Övsət Abdinov sindromuna oxşar vəziyyət var! 3 min həmmüəlliflə (CERN-dəki işlər nəzərdə tutulur) müxbir üzv olan Övsət Abdinovun o işlərə nə qədər aidiyyəti vardısa, N.Məmmədovun da elə həmmüəllifi olduğu işlərə o qədər aidiyyəti var!!! Digər bir məqam, hal-hazırda AMEA saytına görə bu adam 3 aspiranta (doktoranta) rəhbərlik edib. AMEA-nın həmin saytında hələ 4 il əvvəl olan xəbərdə (bax: 21 Noyabr, 2013) isə deyilir ki, N.Məmmədov 10-a yaxın aspiranta (doktoranta) rəhbərlik edib. Yenə də Ə.Nəhmədov məsələsindəki suallara qayıdırıq! Hanı bu adamın tanınmış elmi məktəbləri, hanı bu adamın elmə gətirdiyi yeni biliklər! Bu adamın adı daima İnstitutda olan neqativ hadisələrdə hallanıb, plagiatlıqda, direktor vəzifəsindən sui-istifadə edərək insanlarla kobud rəftar etməsində, söyüş söyməkdə və s. Təsəvvür edin, bu adam sitata “si*at” deyir, hətta qadının yanında belə! Guya bununla sitatı çox olanları aşağılayır! Bu adam düşünür ki, arxasında duran havadarlarına görə bundan heç vaxt hesab sorulmayacaq! Təsadüfi deyil ki, N.Məmmədovu direktor təyin etdirən O.Ələkbərov tez-tez yaxın ətrafına deyırmiş ki, mən onu direktor qoydurmuşam ki, o, bu kollektivi şillə-təpiklə idarə etsin! Burada artıq sözün bitdiyi məqamdır! “Fizika” üzrə müxbir üzv təyin olunmuş Səlimə Mehdiyevaya gəlincə, elmə gətirdiyi istinadların sayına görə, belə deyək, 3-cü, 4-cü liqada olan işçi, niyə müxbir üzv təyin olunmalıydi axı?!Bəzən eşidirsən ki, Səlimə Mehdiyeva keçmişlərdə İnstitut direktoru olub! Birincisi, bu ağ yalandır! İkincısı, lap olub, nə olsun ki?! Harada yazılıb ki, İnstitut direktoru, müavinləri hökmən AMEA üvzü olmalıdırlar! S.Mehdiyeva da N.Məmmədov kimi yalnız bir neçə məqalələrində 1-cü həmmüəllifdir. Əksər məqalələrində 2-ci, 3-cü həmmüəllifdir! Təsəvvür edin ki, gələn seçklərdə bu işlərin digər həmmüəllifləri də AMEA üzvü təyin olunur! Artıq bu seçklərdə belə bir biabırçı, AMEA təyinedicilərinə utanc gətirən bir presedent baş verdi! Adlar qısa dəqiqləşdırmələrdən sonra mütləq açıqlanacaq! Cənab Prezident! 1) sitat olunmuş məqalələrin sayına görə: 2) Hirş indeksi (Hİ) üzrə göstəricilər: 3) Məqalələrə sitatların sayıina görə: 4) Bir məqaləyə olan sitatların sayına görə: Cənab Prezident! Yaranmış vəziyyətdə ən ədalətli qərar, əlbəttə ki, seçkilərin nəticələrinin ləğv edilməsi olardı! Amma indi təyin edilmişlər inciyəcəklər ki, bizdən əvvəlkilər də elə bu qaydada təyin olub, niyə o vaxt ləğv olunmadı, indi olundu! Ona görə də, daha ədalətli müvəqqəti həll o ola bilərdi ki, Fatma Adbullazadənin dərhal istefasından sonra yeni əlavə seçkilər təyin olunsun və ədalət qismən də olsa bərqərar olsun. Siz, AMEA Nizamnaməsinə görə, AMEA üzvlərinin sayını müəyyənləşdirirsiniz! Amma əsas təklifim odur ki, yaranmış situasiyada AMEA-nın yenidən təşkil olunması məsələsini gündəmə gətirəsiniz. Nizamnamənin son bəndinə görə, bu, tam sizin səlahiyyətinizə aid məsələdir! AMEA-nın yenidən təşkili zamanı yaşından və başından aşılı olmayaraq, bütün AMEA üzvləri ciddi data bazalarında (“Thomson Reuters”-də və SCOPUS-da) elmə gətirdiyi istinadları əsasında seçilsinlər (Qeyd edim ki, Azərbaycanın elm qurumları SCOPUS-a abunə deyil, amma Elsevier Şirkətinin jurnallarınin birində qeydiyyatdan keçməklə, SCOPUS-dan ödənişsiz faydalanmaq olar: ən azından hər adam öz istinadları, Hirş indeksi və məqalə sayı haqqında məlumat ala bilər; mən bu barədə AMEA-nın “Elm” qəzetində Martın axırında kiçik bir məqalə də yazmışdım.) Hörmətlə, P.S. Yazıda adları çəkilən şəxslərin, eləcə də AMEA-nın rəhbərliyinin mövqeyini işıqlandırmağa hazırıq.
Mayın 2-də düz 3 elandan sonra AMEA-ya yeni təyinatlar oldu. “Seçki”lərdə “Fizika” üzrə müxbir üzvlüyə namizəd idim. Amma yenə təyin olunmadım. Sözsüz ki, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadənin səyləri nəticəsində. 2014–cü ildə olduğu kimi…
Bu müraciətimdə Sizi Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsində yeni təyin olunmuşların, Sizin iradəniz nəticəsində giriş əldə etdiyimiz “Thomson Reuters”-də (bundan sonra-TR) olan istinadlarının sayı ilə (öz-özünə istinadlarsız) bağlı məlumatlandıracağam. Deməliyəm ki, Siz bu çətin iqtisadı durumda milyonlarla dollar vəsait hesabına bu girişi təmin edə bildiniz. Çox sağ olun!
Ona görə belə deyirəm ki, seckidən bir neçə gün öncə, aprelin 28-də AMEA-nın ümumi yığıncağında bir qrup akademik açıq-açığına (biri hətta tribunadan) TR-ə qarşı olduqlarını gizlətmirdilər! Hətta TR-ə qarşı hansısa şərtlərdən danışırdılar, guya TR bunlara Azərbaycan alimlərinin istinadları barədə arayış təqdim etməlidir! Guya akademikdir, amma TR-dən istifadə edə bilmir! Onların məqsədi nədir və nə istəyirlər, bu, hamıya bəllidir. Sadəcə güzgünü sındırmaq istəyirlər! Sitatları cüzidir axı!
Radiasiya materialşünaslığı üzə müxbir üzv təyin olunmuş Oktay Səmədovun 82 istinadı var. Ramiz Aliquliyevin (informatika) 183 istinadı var. Akademik təyin olunmuş Ənvər Nəhmədovun (fizika) 105 istinadı, Nazim Məmmədovun (fizika üzrə təyin olunmuş akademik) isə 410 istinadı var. Fizika üzrə müxbir üzv təyin olunmuş Səlimə Mehdiyevanın 37 istinadı var!
PA Humanitar şöbəsinin müdiri Fatma Abdullazadənin başçılığı altında baş verən səlib yürüşünün nəticəsində AMEA üzvü olmaqdan məhrum edilmiş Elman Şahverdiyevin isə 670 istinadı var! İstinad rəqəmlərinin analizi onu göstərir ki, müxbir üzv təyin edilmiş 8 nəfərin cəmi istinadlarının sayi mənimkindən 2,2 dəfə azdır! Təyin olunmuş 3 həqiqi üzvün cəmi istinadlarının sayı mənimkindən 155 vahid və ya 1,3 dəfə azdır!
Siz həmişə xalqa xitab edirsiniz ki, ədalətsizliklər, haqsızlıqlar haqqında Sizə müraciət etsinlər. Bir dəfə Elmi Şurada “İnnovasiya” şöbəsinin hesabatı vaxtı dərc olunmuş məqalələrin sayının süni şəkildə şişirdilməsinə etiraz etdim . Bu zaman, Fizika İnstitutunda işləyən Fatma Abdullazadənin əri O.Ələkbərov əslində Sizə müraciətlərimə görə iclasda məni təhqir etdi, adekvat cavab aldıqdan sonra oturduğu yerdən sürətlə mənə tərəf hücum çəkdi və bir neçə dəfə yumruqla məni vurmağa cəhd etdi. Yaxşı ki, ətrafdakılar onu zaldan koridora çixartmağa nail oldular!O.Ələkbərov dərhal bu insidenti Fatma Abdullazadəyə çatdırmış və o, öz növbəsində “Qaçqınkom”un sədri cənab Əli Həsənova zəng etmişdir. Qeyd edim ki, mən əslən Cəbrayıl rayonundanam,Qarabağlıyam. Həmin komitə sədrinin haqqında eşitsəm də, əvvəllər onunla heç bir salam-kəlamım, münasibətim olmayıb!
Akademik təyin olunmuş Ənvər Nəhmədovun meteorik yüksəlişi doğrudan da AMEA-da görünməmiş bir hadisədir. Bu adam 20 il Almaniyada, ondan qabaq isə 8 il Türkiyədə işləmişdır. Elmə isə, buna baxmayaraq çox az istinad gətirmışdır. Cəmi 105. Daha konservativ olan SCOPUS-da isə 53. 2013-də doktorluq dissertasiyası müdafiə etmış bu adam, artıq bir il sonra – 2014-də Fatma Abdullazadənin və Oktay Ələkbərovun dəstəyi ilə müxbir üzv, 2017-də isə həqiqi üzv təyin olunmuşdur! Yəni, cəmi 3 il ərzində bu adam elmlər namizədliyindən akademikliyə yüksəldilmişdir! Qoy Fatma Abdullazadə elmi ictimaiyyətə açıqlama versin ki, Ə.Nəhmədov hansı xidmətlərinə görə belə yüksəlişə layıq görülüb! 2017-ci il seçkisindən bir neçə ay qabaq onu MGU-nun Bakı filialına dekan transfer etmişlər! Fikrimcə, bu məsuliyyəti başqaları ilə bölüşmək cəhdidir! Həm də ictimaiyyətə bir mesajdır ki, baxın, ən yuxarı belə mənə qulaq asır! AMEA saytında olan məlumata görə, 58 yaşlı bu akademik indiyə qədər bir aspiranta rəhbərlik etmışdır! Bütün bunlar onu göstərir ki, Ənvər Nəhmədovun akademik (və müxbir üzv ) təyin olunması AMEA nizamnaməsinin kobud pozuntusudur!
AMEA-nın, tərəfinizdən 11 Dekabr, 2014-də imzalanan nizamnaməsində göstərilir:
-“Akademiyanın həqiqi üzvləri (akademikləri) Akademiyanın Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan müxbir üzvləri sırasından seçilirlər.”
-“Akademiyanın müxbir üzvləri elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.”
– “Elmi məktəb – uzunmüddətli dövr ərzində formalaşan özünəməxsus elmi baxışlara, ənənələr və dəyərlər sisteminə malik olan, elmin müəyyən istiqaməti üzrə yeni biliklər yaratmaq, yaymaq, ötürmək və tətbiq etmək funksiyalarını yerinə yetirən, yaradıcıları və davamçıları ilə tanınan, özünü inkişaf qabiliyyətli elmi fəaliyyət subyekti”.
N.Məmmədov cəmi bir neçə məqaləsi istisna olmaqla, qalanlarında aparıcı müəllif deyil, 6-cı, 7-ci, sonuncu yerlərdədır. Yəni bu adamın həmin işlər əsasında AMEA üzvü olması elmi etikaya sığmayan bir məsələdir! Deyirlər bu adam 12 il Yaponiyada işləyib! Nə olsun ki! Qoy o desin ki, həmin illərdə o neçə məqalədə aparıcıdır! Xarıcdə işləyənlər bilir ki, belə məsələlərdə müəlliflər çox həssasdırlar! İşin əsas hissəsini kim görübsə, o da birinci müəllif olur, ondan azını görənlər 2-ci müəllifdir və s. Düzdür, lap çoxmüəllifli kollektiv olanda (məsələn CERN-dəki qruplarda görülən işlərdə minlərlə həmmüəllif olur) müəlliflərin düzülməsi əlifba sırası ilə olur!
Dərindən düşündükdə, bu təyinatların hər biri Azərbaycan elminə qəsddır! Özü də bilərəkdən! Fatma Abdullazadə tutduğu vəzifədə 25 ildir ki, oturub. Hər seçkidə də bu işlə məşğul olur! Onun belə qəsdinin nəticəsidir ki, Azərbaycan elmi beynəlxalq qiymətləndirmələrdə kiçik qonşu dövlətlərə belə dəfələrlə uduzur! Elmə cüzi istinad gətirənlərin mükafatlandırılması başqa nə anlama gələ bilər ki?! Elmə ən çox istinad gətirənlərin birinə qarşı səlib yürüşü bəs hansı nəticələrə gətirib çıxartmalıydı?! Əyanilik üçün SCOPUS data bazasına əsaslanaraq, ən son reytinq göstəricilərini açıqlayıram (söhbət ümumilikdə 2016-cü ilə qədərki dövr üçün 239 ölkədən və ərazi qurumlarından gedir):
Ermənistan (79 yerdə)- 12496, Azərbaycan (90 yerdə)- 9620;
Ermənistan (65 yerdə) – Hİ=135, Azərbaycan (126 yerdə)- Hİ=64;
Ermənistan (80 yerdə)- 130584, Azərbaycan (109 yerdə) -40070;
Ermənistan (118 yerdə)-10.16 , Azərbaycan (229 yerdə)- 4.07;
Bütün bu faktlara əsaslanaraq, Fatma Adbullazadəyə səslənirəm: gedin istefaya!
Azərbaycan elminə azadlıq verin! Siz seçkiyə müdaxilə etmirsinizsə, seçki günü AMEA-da bütün günü nə işlə məşğul olursunuz?!
İlk seçkiləri təyinatla da başlamaq olar. Bəlkə də AMEA-ya buna görə Azərbaycan Respublikasının prezidenti yanında bir Qurum statusu da vermək, hüquqi cəhətdən daha düzgün olardı!
Elman Şahverdiyev
AMEA Fizika İnstitutu, “Dinamik sistemlərdə xaos” laboratoriyasının rəhbəri”