Azərbaycanlı ifadə verdi, 23 məmur SAXLANILDI
Ukrayna Prokurorluğu və milli polisi ölkə tarixinin ən genişmiqyaslı əməliyyatını həyata keçirib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, 15 vilayətdə 1,7 min polis əməkdaşının və 500 prokurorun iştirakı ilə başlayan əməliyyatda vilayət administrasiyalarının keçmiş vergi şöbələrinin rəisləri və onların müavinləri saxlanılıb. Ümumilikdə, 23 nəfər saxlanılıb və helikopterlə paytaxt Kiyevə çatdırılıblar. Keçmiş məmurlar dövlətə 3,7 milyard dollar dəyərində zərər vurmaqda təqsirləndirilir. Onlara qarşı əməliyyat Ukrayna Fiskal Xidmətinin keçmiş rəisi, Azərbaycan əsilli Roman Nəsirovun ifadələri əsasında keçirilib. 76 milyon dollar büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilən Nəsirov istintaqla aktiv əməkdaşlıq edir. AzerTaym.az