BAKI HUMANİTAR KOLLECİ – orta ixtisas təhsilimizin QÜRUR YERİ! -ÖZƏL.

Gələn il 80 yaşını qeyd edəcək kollecin son illərdə qazandığı böyük uğurlar göz qamaşdırır.

Azərbaycanda kadr ehtiyaclarının ödənilməsində orta ixtisas təhsili müəssisələrinin rolu əvəzsizdir. İstər cəmiyyətin tələblərinə uyğun, istər əmək bazarının tələbatına uyğun olaraq ilk peşə və orta ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsi istiqamətində kolleclərin üzərinə düşən vəzifələr böyükdür.

Bu sırada Bakı Humanitar Kollecinin (BHK) fəaliyyətini isə ayrıca qeyd etməyə ehtiyac var. Əminliklə demək olar ki, hazırda bu kollec, ölkədə orta ixtisas təhsili sahəsində aparıcı müəssisələrdən birinə çevrilib, öz işi ilə hətta bir çox sahələrdə başqaları üçün də nümunə təşkil edir. 

Son illərdə Bakı Humanitar Kollecinin əldə etdiyi nailiyyətləri sadalamaqla bitmir. İstər təhsilin keyfiyyəti, istərsə də müəllim-tələbə münasibətlərinin şəffaflaşdırılması yönündə Kollec rəhbərliyinin səyləri müsbət bəhrəsini verib. Bunu builki semestr imtahanlarının uğurla başa çatdırılması da təsdiqləyir.

Kollecdə davamiyyətin yüksəldilməsi, keçmişdən qalan zərərli meyllərdən imtina edilməsi, xoşagəlıməz “ənənələrin” kökünün kəsilməsi, nəticədə tələbələrin biliyinin ədalətli, obyektiv qiymətləndirilməsi üçün geniş imkanlar yaranması alqışlanmaya, təqdirlə qarşılanmaya bilməz. Bu isə yüksək keyfiyyətli, rəqabətədavamlı kadrların hazırlığı baxımından həyati əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, artıq BHK məzunlarının xoş sorağı, müsbət sədası ən müxtəlif sahələrdən eşidilməkdə, bu kollecin nüfuzunu daha da yüksəltməkdədir.

Kollecin direktoru Vaqif Əmiraslanovun öz işinə peşəkar, vicdanlı münasibətinin, illərdir elm və təhsil sahəsində topladığı təcrübənin özünün bugünki fəaliyyətində də uğurlu tətbiqinin nəticəsidir ki, hazırda BHK-də olduqca işgüzar mühit hökm sürür, pedaqoji kollektiv tələbələrin təhsil aldıqları ixtisaslar üzrə mükəmməl kadrlar kimi yetişməsi üçün həm şövqlə, həm də yorulmadan çalışır, tələbələr də bu orta-ixtisas təhsilii müəssisəini seçdiklərinə görə dərin məmnunluq hissi keçirirlər.

Bu gün əminliklə demək olar ki, hər bir Azərbaycan gənci təhsilini davam etdirmək üçün Bakı Humanitar Kollecini seçməklə gələcəkdə müasir tələblərə və şəraitə uyğunlaşa,ən əsası sərbəst düşüncəli, dərin intellektli, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək və ünsiyyət yaratmaq bacarığına, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik vətənpərvər ruhlu hərtərəfli şəxsiyyətə çevrilə bilərlər. Heç bir tərəddüdsüz qeyd etməliyik ki, BHK-nin əsas və ali məqsədi tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək, elmə, təhsilə böyük maraq oyatmaq, cəmiyyət üçün gərəkli şəxsiyyət yetişdirmək, tələbələrin daxili potensialını açmaq, yeni texnologiyalara yiyələnmək bacarığını formalaşdırmaqdır.

Kollecin fəaliyyətinə diqqətlə nəzər saldıqda, onun qarşıya qoyulan həmin əsas və ali məqsədə çatmaq istiqamətində iri addımlarla irəlilədiyini görməmək mümkün deyil!

Картинки по запросу baki humanitar kolleci sekilleri

Düzdür, bəzi hallarda BHK-nin qazandığı nailiyyətləri gözdən salmağa çalışanlar da tapılır. Bu sırada xüsusilə birbaşa Təhsil Nazirliyinin iştirakilə aparılan islahatlara qarşı çıxmağa cəhd edən, bu islahatlardan öz məqsədləri üçün yararlanmağa çalışan bir qrup şəxsin təxribat xarakterli səylərini vurğulamağı lazım bilirik. Onlar bir müddət öncə,bəzi internet saytları vasitəsilə ictimai rəydə Bakı Humanitar Kolleci ilə bağlı mənfi fikirlər yaratmağa yönəlmiş təxribat xarakterli əməllərə əl atsalar da, istəklərinə çata bilmədilər və bu da təbiidir. Çünki ölkənin ən qocaman orta-ixtisas təhsili müəssisəsi olan, gələn il 80 yaşını qeyd edəcək bu kollec, fəaliyyətini müasir dövrün standartları səviyyəsində qurmaq yönündə qətiyyətli addımlar atır, bu addımlar isə istər BHK-nin müəllim və tələbə heyəti, istərsə də geniş ictimaiyyət tərəfindən təqdirlə qarşılanır.

Məmnuniyyətlə vurğulamaq istəyərdik ki, müstəqil Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası üçün bu sahədə köklü islahatlar BHK-dan da yan keçmir, buna sevinmək əvəzinə, kədərlənmək, qarayaxma kampaniyası aparmağa cəhd etmək isə heç kimə başucalığı gətirmir.

Sonda onu da deyək ki, Azərbaycanda peşə və orta ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsi yönündə BHK-nin görəcəyi işlər hələ çoxdur. Bunu başda kollec direktoru Vaqif Əmiraslanov olmaqla,sözügedən təhsil müəssisəsinin pedaqoji kollektivi də yaxşı bilir və səylə çalışmaqda  davam  edir.

Bizə isə onlara bu çətin, məsuliyyətli, amma şərəfli işdə uğur arzulamaqdan başqa heç nə qalmır!

Azər Abdul.

Похожее изображение

 

 

 

 

 

  

 

 






Fikirlər