AZƏR Xəlilovdan açıqlama: Lamiyyə Ələkbərqızına ATV-də VƏZİFƏ VERİLİB?
Tanınmış teleaparıcı Lamiyyə Ələkbərqızına Azad Azərbaycan telekanalında vəzifə verilməsi ilə bağlı xəbər yayılıb. ATV-nin yeni rəhbəri Azər Xəlilov Yenicag.az-a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib: “Kimin hansı vəzifəyə təyin olunmasını hansı sayt yazıbsa, o da sualınıza cavab versin. Mən əsası olmayan xəbərlərə münasibət bildirmirəm. Bu barədə ümumiyyətlə, danışmaq istəmirəm”. Qeyd edək ki, xəbəri PrimeTime.az saytı yayıb.