Nazirdən nikbin PROQNOZ: “1 milyard DOLLARI KEÇƏCƏK”
"Bu ilin 9 ay ərzində xaricə ixracdan 396 milyon dollar gəlir əldə edilib. İlin sonuna qədər 550 milyon dollar gəlirin əldə ediməsi gözlənilir". AzerTaym.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov "Kənd təsərrüfatı işçilərini peşə günü"nə həsr olunmuş tədbirdə bildirib. O bildirib ki, bir neçə il ərzində bu rəqəm 1 milyardı keçəcək: "Bu, ölkənin makroiqtisadi sabitliyidir. Bu ilin 9 ayı ərzində tərəvəz ixracı 70 faiz artıb. Ümumilikdə meyvə-tərəvəz ixracı isə 40 faiz artıb. Nazir bildirib ki, bu günə qədər 8100-ə qədər fermerə 81 milyon güzəşt tətbiq etmişik”. Onun sözlərinə görə, bu gün süni mayalanma ilə 100-dən artıq yeni buzov doğulur ki, bu da 10 milyon manat subsidiya deməkdir.