Səbail rayonunda KİTAB təqdimatı KEÇİRİLİB

Səbail rayonunda kitab təqdimatı keçirilib

Səbail Rayon İcra Hakimiyyəti, YAP Səbail Rayon təşkilatı və Səbail Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» adlı kitab hazırlanıb və prezidentin ad günü ərəffəssində təqdimatı olub.

İH-dən “AzerTaym”a daxil olan xəbərə görə, kitabda keçən il dekabr ayının 24-də Səbail gənclərinin təşkil etdikləri «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» mövzusunda dəyirmi masanın yekunlarına uyğun olaraq bu tədbir üçün rayonun müxtəlif sahələrində çalışan və ali məktəblərdə təhsil alan ölkədəki iqtisadi, siyasi, elm və mədəniyyət, idman və digər sahələrə həsr olunmuş 42 gənc tədqiqatçının elmi məqalələri toplanıb. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru hüquq üzrə fəlsəfə doktoru Araz Qədiməliyevdir. 

Təqdimat mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov bildirib ki, müasir dövrdə ölkədə görülən işlər, həyata keçirilən layihələr, əldə olunan nailiyyətlər, qazanılan uğurlara nəzər salsaq bu siyasətə rəhbərlik edən prezident İlham Əliyevin bu günki zamanda dünyada 1 nömrəli Azərbaycanlı olduğunu əminliklə bildirmək olar.  

O, İlham Əliyevin siyasi xəttinin hazırki mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğunu və Azərbaycanımızın gələcək inkişaf və tərəqqisinə təminat verdiyini qeyd edib. 


Mərasimdə gələcəkdə də müxtəlif sahələrdə çalışan gənc tədqiqatçıların, ali məktəb tələbələrinin iştirakı ilə konfrans, dəyirmi masa, seminar və s. toplantıların keçirilməsi və nəticə olaraq yeni kitabların nəşri qərara alınıb. 

 


 






Fikirlər