Azərbaycanda "HƏMKARlar"ın işinə XİTAM VERİLMƏSİ halları artırılır
Azərbaycanda həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə xitam verilməsi halları artırılıb. Bununla bağlı “Həmkarlar ittifaqları haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliklə qanunun 8-ci (Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə xitam verilməsi) maddəsinə əlavə edilib. AzerTaym.az
Əlavəyə əsasən, Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.