İki İddiaçı Seçkilərdən İMTİNA EDİB – LALƏ Şövkət və HÜSEYN Abdullayev…
“Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə Lalə Şövkət qatılmayacaq”. Bunu Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. “Qəti fikrimizdir. Prezident seçkilərinə partiyadan da kimsə qatılmayacaq”, deyən Əvəz Temirxan, Lalə xanımın seçkilərlə bağlı fikirlərini də dilə gətirib: “Bu addım səbəbsiz deyil. Mütləq səbəb var. Yoxsa seçkilər bu tarixə salınmazdı”. Daha öncə namizədliyini elan etmiş keçmiş deputat Hüseyn Abdullayev də boykot qərarını elan edib. “Belə seçkilərdə iştirakın heç bir mənası yoxdur”, deyə, o, sosial şəbəkədə yazıb. Qeyd edək ki, Milli Şura və AXCP də seçkilərə qatılmaqdan imtina ediblər.