O MƏNZİLLƏRİN qiyməti AŞAĞI SALINSIN - DEPUTAT
“İstifadəsiz qalan yeni tikililərin sahibləri ya vergi ödəsin, ya da həmin mənzillərin satış qiymətləri endirilməlidir”. AzerTaym.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Rzayev Milli Məclisdə Hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, bu gün paytaxtda istifadəsiz qalan mənzillərin sayı kifayət qədərdir. “Gənclərin isə mənzil ehtiyacı qalıb. Bu gün tikintisi başa çatan, binalar istifadəsiz qalıb. Çünki MTK-lar tərəfindən elə qiymətlər qoyulub ki, satıla bilmir. Bu mənzillərin boş qalması dövlət üçün də sərfəli deyil. Təklif edirəm ki, ya bu mənzillərin əmlak vergisi MTK-lar tərəfindən dövlətə ödənilsin, ya da satış qiyməti aşağı salınsın ki, insanlar onu ala bilsin”.