KEÇMİŞ DÖYÜŞÇÜDƏN PREZİDENTLİYƏ NAMİZƏDƏ HƏRBİ HAZIRLIQ "DƏRSİ"

Image result for nazim bayram

Nazim Bayram

Prezidentliyə namizəd Zahid Oruc bu gün TV-də ona ayrılan zamanda H. Əliyevin hakimiyətə gələndə "33 batalyonu ləğv etməsinə" öz aləmində bərait qazandırmaq üçün bu "33 batalyonda" döyüşənləri “hakimiyyət uğrunda ayrı-ayrı siyasi qrupların dəstəsi” adlandırıb. 

"33 batalyon" haqqında əsl tarix necə olub? H. Əliyev hakimiyətə gələndə yerli özünümüdafiə batalyonları və anlayışı orduda artıq yox idi. Yerli özünümüdafiə batalyonların və dəstələrin hamısı hələ 1992-ci ilin iyul-noyabr ayları ərzində ordu quruculuğu prosesi çərçivəsində həmin ərazilərdə yerləşən nizami ordu briqadalarına daxil edilmişdilər və briqadanın batalyonu kimi sıra nömrəsi almışdılar, misal üçün "N" saylı briqadanın 3-cü batalyonu". Məlumdur ki, heç bir briqadanın heç bir batalyonu 93-cü ilin yayında ləğv olunmayıb. Beləliklə, "93-cü ilin yayında H. Əliyevin ləğv etdiyi 33 AXC batalyonu" bir mifdir. Həm ona görə ki, belə batalyonlar 1993-cü ildə olmayıb, həm ona görə ki, 93-cü ilin yayında heç bir batalyon ləğv olunmayıb, həm ona görə ki, AXC-nin ən gur vaxtında 33 batalyonu olmayıb.
Çox gülüncdür ki, bu mifin tərəfdarları və əleyhdarları "33 batalyonun" üstündə hələ də bir birini qırırlar. Ancaq çox acınacaqlıdır ki, bu arada vicdanla, namusla Vətənini qorumuş kişiləri ayrı-ayrı siyasi qrupların dəstələri adlandırırlar. O dəstələr ki, yumruq kimi birləşib, 92-ci ilin iyun-oktyabr ayları ərzində Qarabağın yarısını azad etmişdilər.

1993-cü ilin əvvəlindən başlayaraq, digər Prezidentliyə bamizəd Fərəc Quliyevin və onun qruplaşmasının təxribatçı xain fəaliyəti nəticəsində ordunun ən döyüşkən hərbi hissələri- Seyfəlidə 92-ci ilin oktyabr-dekabr ayları ərzində hazırlanmış 4500 nəfərlik (ölkədə yeganə)ehtiyat qüvvəsi , 2 minlik 123 saylı həmlə-zərbə alayı, Ağdamı Əsgəran istiqamətindən saxlayan Qatır Məmməd adına batalyon, müdafiə nazirliyinin xüsusi təyinatlı batalyonu 778- ləğv olunmuşdu. Ordunu isə metro və bazarlarda oblavalarda yığırdılar. H. Əliyev ordunun bu dönəmində hakimiyətə gəldi. Orduya qarşı daxildə aparılan bu dağıdıcı fəaliyətin nəticəsində 1993-ün yayında rayonlar işğal olundu.

Cənablar, nədən könüllü döyüşçülər adı gələndə belə qıcıqlanırsınız? Bəlkə yaşınız düşdüyü halda döyüşə getməyə "duxunuz" çatmadığına görə bizim qarşımızda natamamlıq kompleksi hiss edirsiz? Belə də olmalıdı. Bizimlə müqayisədə sizlər özünüzü natamam hiss etməlisiniz, həm el-oba içində, həm qadın, uşaq qarşısında. Çünki sizin namusunuzu sizin də yerinizə həmin o könüllülər əlində silah canları və qanları ilə müdafiə ediblər.
P. S. Qarabağ məsələsinin həllinə ən yaxın olduğumuz an.

Azərbaycan Ordusunun 1992-ci ildə iyun-oktyabr ərzində əldə etdiyi nailiyətlərinin nəticəsi- Ermənistan parlamentinin hakim partiyasından olan 60-a yaxın deputatların imsazı ilə Azərbaycana "qeyd-şərtsiz, birbaşa, ikitərəfli danışıqlar" təklif edilirdi. Təəssüf ki, ölkə rəhbərliyinin intellektual tutumu və səviyəsi ordunun nailiyətlərini siyasi qələbəyə çevirməyə imkan vermədi.

(Mənbə;"fedai.az")

 

 






Fikirlər