Bakıda YÜKSƏK və ƏN AŞAĞI MAAŞ alanların STATİSTİKASI açıqlandı

Bakıda YÜKSƏK və ƏN AŞAĞI maaş alanların STATİSTİKASI açıqlandı

Bu ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 1,1 faiz artaraq, 745,7 manat olub.

AzerTaym.az xəbər verir ki, Bakıda ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub./Oxu.Az






Fikirlər