QURBANLQ heyvanların qiyməti neçəyədir? VİDEOREPORTAJ, FOTOLAR

Bu günlərdə müsəlman dünyası müqəddəs Qurban bayramını qeyd edir. İnanclı insanlar qurban kəsib dualar oxuyur, bayram namazı qılırlar. Azərbaycanda, o cümlədən paytaxt Bakıda da bu gündən etibarən bayram ab-havası yaşanır.

Qurbanlıq qoyunlara tələbatın artmasını nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi paytaxtın bütün qəsəbələrində bir neçə nöqtədə yarmarkalar təşkil edib. 

Qurbanlıq heyvanların satış yarmarkasındakı vəziyyəti işıqlandırmaq üçün musavat.com-un müxbiri Nizami rayonunda Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində yerləşən yarmarkaya baş çəkib. Nazirliyin təşkil etdiyi yarmarkada artıq canlanma hiss olunmaqdadır. Əhali qurbanlıq heyvanların satıldığı əraziyə baş çəkərək qiymətlərlə maraqlanır, sabah kəsəcəkləri heyvanları indidən seçməyə, almağa çalışırlar.

Təşkil olunan yarmarkada alıcılar və satıcılarla həmsöhbət olduq. Öyrəndik ki, qurbanlıq qoyunlar 150 manatdan başlayan qiymətlərlə təklif edilir. Heyvanını satış yarmarkalarına çıxaran satıcılar bayrama bir gün qalsa da, alıclıqdan razı qaldıqlarını bildirdilər.

Satıclar etiraf etdilər ki, ötən illə müqayisədə bu il qurbanlıq heyvanların qiyməti 15-20 manat bahadır. Ətin kiloqramında 1-2 manat bahalaşma var.

Alıcılar isə bir qədər xırda heyvan tapmaqda çətinlik çəkdiklərini bildirdilər. Onların sözlərinə görə, yarmarkada 10-12 kiloqramlıq qurbanlıq qoyun tapmaq müşkülə çevrilib. İri heyvan almağa isə imkanları çatmır. Yarmarkada 12-14 kiloqramlıq qurbanlıq heyvan 150-160 manata təklif edilir. 16-17 kiloqramlıq qurbanlıq qoç isə 180-200 manatdır. Alıcılar bayram günü qurbanlıq heyvanların bir qədər ucuzlaşacağına ümid edirlər.

Yarmarkada ət kəsimi yerləri də fəaliyyət göstərir ki, burada heyvanın kiloqramını 12 manat 50 qəpikdən satırlar. Qurbanlıq heyvanı diri almaq istədikdə isə kiloqramı 11 manatdan hesablanır.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. (musavat.com)

  

          






Fikirlər