Nazirlikdə yüksək vəzifəli şəxs işdən çıxarıldı - YERİNƏ TƏYİNAT
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva vəzifəsindən azad edilib. Bu barədə publika.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, E.Əliyeva yaşı ilə əlaqədar olaraq təqaüdə göndərilib: "Elmira Əliyeva təqaüdə çıxdığına görə vəzifəsindən azad edilib. Onun yerinə Merli Veyisova təyin edilib". M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.