"Tolik təcili cəzalandırılmalıdır" - Xalq şairindən ÇAĞIRIŞ

"Tolik təcili cəzalandırılmalıdır" - Xalq şairindən ÇAĞIRIŞ

Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı "Xəzər" televiziyasının aparıcısı,

"Tolik" kimi tanınan prodüser Tarix Əliyev Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi təhqir etməsinə sərt şəkildə cavab verib.

S.Rüstəmxanlı "Ölkə.Az"a açıqlamasında deyib ki, "Tolik"in Əbülfəz Elçibəy haqqında söylədiyi fikirlər ilk növbədə onun böyüklərinə aiddir:

"O kimdir ki, Əbülfəz Elçibəyi təhqir edir? O zibili "Tolik"in özünə və böyüklərinə yedirtmək lazımdır. Azərbaycan prezidenti olmuş bir şəxs barəsində bu cür tərbiyyəsiz fikirləri danışan adamın telekanallar vasitəsilə ictimaiyyət qarşısına çıxmağa heç bir mənəvi haqqı yoxdur. "Tolik" mütləq cəzalandırılmalıdır. O, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəməlidir. İctimaiyyətə açıq şəkildə deməlidir ki, daha bir daha belə hərəköt etmərəm".

Xalq şairi "Tolik" kimi adamların efirlərə buraxılmasına görə telekanalları da qınayıb:
"Bu cür adamların ekranlara çıxması və efirdən kiməsə dərs, ağıl verməsi, ümumiyyətlə "Tolik"in ictimaiyyət qarşısına çıxması Azərbayxan xalqı üçün təhqirdir. Ona görə də ilk növbədə onu efirlərdən təcili uzaqlaşdırmaq lazımdır. Ona məcbur etmək lazımdır ki, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəsin. Belə tərbiyyəsizlik olmaz! Elçibəy haqqında bu cür tərbiyyəsiz sözləri yazmaq heç bir əndazəyə sığmır. Görünür ki, bu adamlar o qədər qudurublar və özlərini arxayın hiss edirlər ki, Azərbaycanda tanınan görkəmli insanlar və tarixi şəxsiyyətlər haqqında bu cür aşağılyaıcı fikirlər söyləməyə artıq vərdiş ediblər. Əbülfəz Elçibəy heç prezident olmayıb, axı sənin nə ixtiyarın var ki, Azərbaycanın tanınmış bir insanını təhqir edirsən? Sən kimsən axı? Hesab edirəm ki, "Tolik" təcili cəzalandırılmalıdır".
"Tolik təcili cəzalandırılmalıdır" - Xalq şairindən ÇAĞIRIŞ






Fikirlər