“Tolik bununla özünə reklam qazanmasın, ayıbdır” - İCRA başçısı

““Tolik bununla özünə reklam qazanmasın, ayıbdır” - İcra başçısı

Aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasıyla bağlı xərcləri Prodüser Tarix Əliyev (Tolik) öz üzərinə götürüb.

“AzerTaym.az” xəbər verir ki, məsələ ilə bağlı Bizimyol.info saytının əməkdaşı Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə əlaqə saxlayıb. O, açıqlamasında şəhidlərin qəbir üstlərinin götürülməsi məsələsinin həll edildiyini bildirib.

“Bu gün rəsmi şəxslər gələcək, onların övladlarına medallar təqdim ediləcək. Qəbrlərin düzəldiləməsi ilə bağlı Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmalı idik. Ona görə də bu məsələlər bir az yubanırdı. Qaldı ki, Tolik deyilən bir adamın bu məsələlərə qarışmağına, o belə şeylərlə özünü reklam etməsin. Ayıbdır, dövlət var, belə şeyləri həll eləməyə gücümüz çatır, sadəcə niyə bir az yubanmasını izah etdim.

Daha sonra icra başçısı açıqlamasında Toliki tanımadığını bildirib: “Mən özüm bu məsələni diqqətimdə saxlayıram. Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə, bunu səssiz- səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir”.

Qeyd edək ki, Tolik sosial şəbəkədə E.Mirzəyevə mərmərdən baş daşı qoymaq fikirində olduğunu yazıb: “Şəhidin qəbrinin üstünü düzəltdirməyə Xaçmazın icra başçısının 500 manatı yoxdursa, mən ona mərmərdən qəbir daşı qoyduraram. Allah vətən uğrunda ölən hər bir şəhidə rəhmət eləsin”.

 






Fikirlər