Elmar Rüstəmovla Samir Şərifov arasında SAVAŞ – MALİYYƏ NAZİRİ “QALİB” DURUMDA

Adına şərab buraxdıran Rüfət Aslanlının “vurulması”nın pərdəarxası

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 08-14 oktyabr 2018-ci ildə elektron mətbuatda adı ən çox hallanan vəzifəli şəxs Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının eks-sədri Rüfət Aslanlı“Deputatdan Rüfət Aslanlıya sərt tənqid - “65 min maaş alır, adına şərab buraxır...””, “Deputat sərt tənqid etdi: “Normal adam olsaydı, normal işləyərdi””, “Rüfət Aslanlı Milli Məclisdə sərt tənqid edildi – Dirçəlmə İbrahim Alışovun hesabınadır”, ““Prezident Rüfət Aslanlı ilə bağlı düzgün qərar verdi””, “Rüfət Aslanlı vəzifəsini itirdi! – MBNP-nin Direktorlar Şurası ləğv olundu”, “Rüfət Aslanlı 150 min dollarlıq maşında işə gəlirmiş”, ““Eybəcəriklə məşğul olanlar Rüfət Aslanlını hədəfə alıblar” – Müsahibə” başlıqlı 7 məqalə ümumilikdə 30 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri maliyyə naziri Samir Şərifov “Deputat Qüdrət Şükürova görə Maliyyə Nazirliyini ittiham etdi - reaksiyalar gəldi”, “ELMAN RÜSTƏMOV, YOXSA SAMİR ŞƏRİFOV: – PALATADA “NÜFUZ SAVAŞI” BİTDİ?”, “Samir Şərifovun Qüdrət Şükürova görə başı “kötük”də - 400 milyon..”, “Maliyyə Nazirliyinin adı "Rabitə və MTN işi" məhkəməsində”, “"Şükürov 400 milyonu “yeyəndə” Maliyyə Nazirliyi hara baxırdı?"”, “PostAslanlı dönəminin "Qordi düyünü": - İntriqalar yerini kompromisə verəcəkmi...?” başlıqlı 6 məqalənin 14 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri““Şagirdlərin taleyi ilə oynayıb, repetitorlara şərait yaradırlar” - Təhsil qurumlarına ağır ittihamlar”, “DİM-ə və Təhsil Nazirliyinə ağır İTTİHAM: Niyə şagirdlərin taleyi ilə oynanılır?”, “Məleykə Abbaszadə: "Süni ajiotajın ciddi bir əsası yoxdur"” başlıqlı 3 məqalənin 8 elektron KİV-də yayılması ilə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tutur.

“ŞÜKÜROV 400 MİLYONU “YEYƏNDƏ” NAZİRLİK HARA BAXIRDI?” – Deputat sual etdi 

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri ““NORMAL ADAM OLSAYDI…” – Vahid Əhmədov Rüfət Aslanlı haqda”, “Vahid Əhmədov: “Prezident Rüfət Aslanlı ilə bağlı düzgün qərar verdi””, “ÇAXIR BURAXIR, 65 MİN MAAŞ ALIR… DEPUTAT FAŞ ELƏDİ VƏ RÜFƏT ASLANLI ERASI BİTDİ – PƏRDƏARXASI” başlıqlı  3 məqalənin 17 elektron KİV-də yayılması ilə deputat Vahid Əhmədov tutur.

Mətbuatda ən çox ad hallanan Milli Məclisin deputatları arasında 2-ci yeri deputat Aqil Abbas “ŞÜKÜROV 400 MİLYONU “YEYƏNDƏ” NAZİRLİK HARA BAXIRDI? –  “Göz yumublar…””, “Deputat Qüdrət Şükürova görə Maliyyə Nazirliyini ittiham etdi - reaksiyalar gəldi” başlıqlı 2 məqalənin 8 elektron KİV-də yayılması ilə tutur.

Muxalifet.az






Fikirlər