Saatlar geri çəkilib? - Dəqiq VAXT
Bu gecə bir çox ölkələrdə saatların əqrəbləri bir saat geri çəkilib. Azərbaycanda isə bu rejim ləğv edildiyi üçün saatların geri çəkilməsi prosesi ölkəmizdə baş tutmayacaq.
Lakin bəzi elektron sistemlərdə vaxt avtomatik dəyişdiyindən real vaxtla uyğunluq təşkil etmir. Bu isə vətəndaşlarda çaşqınlıq yaradır.
Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən, yay vaxtının tətbiqi ləğv olunub. Ancaq bəzi kompyuterin əməliyyat sistemləri və smartfonlarda saat rejimi avtomatik təyin edildiyindən vətəndaşlarda çaşqınlığa səbəb olub.
Qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji problemlərin yaranmasına və elektron sistemlərin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsinə səbəb olduğundan ötən il ləğv edilib.