Dağıstanla Azərbaycanı daimi dəmir yolu BİRLƏŞDİRƏCƏK
Dağıstanla Azərbaycan arasında daimi dəmir yolu xətti fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev deyib: "Bizim böyük nəqliyyat imkanlarımız var. Bakı ilə daimi dəmir yolu əlaqəsi quracağıq. Bu layihənin xalqın mənafeyinə çalışması üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı da inkişaf etdirəcək". 2018-ci ilin aprel ayının əvvəlində Dağıstan və Rusiya Dəmir Yolu rəsmiləri Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti layihəsini nəzərdən keçiriblər. Hazırda Moskva-Bakı, Rostov-Bakı və Xarkov-Bakı istiqamətləri üzrə qatarlar Mahaçqaladan keçməklə hərəkət edir.