DEPUTAT MİLLİ MƏCLİSDƏ AZƏRBAYCAN HİMNİNİ TƏHQİR ETDİ – “Yorucu, mərsiyə…”

Image result for deputat Tahir Kərimli

Azərbaycan hələ müstəqil olmadığı dövrdən uşaqlarımı məcbur edirdim ki, Azərbaycanın dövlət himnini oxusunlar. Amma digər himnlər 2-2.5 dəqiqə olduğu halda Azərbaycanın dövlət himni 4 dəqiqədir. Özü də minor janrında. Bu, mərsiyə deyil axı”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, hər kəs himni sevməlidir: “Dəfələrlə deyilib ki, həcmi azaltmaq lazımdır. Bunu əzəmətli bir himnə çevirmək lazımdır. Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himinini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.

Deputat Fəzail İbrahimli isə kəskin etirazını bildirib. O qeyd edib ki, himnin bir sözünü belə çıxartmaq olmaz.

“Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar!”.

Spiker Oqtay Əsədov isə “yan keçirik e, narahat olmayın, görürsünüzmü səsə qoyuruq” deyərək qanun layihələrini səsverməyə təqdim edib.






Fikirlər