AMEA-da 500-ə YAXIN MAGİSTR və doktorantın yataqxana PROBLEMİ YARANDI

AMEA-da 500-ə yaxın magistr və doktorantın yataqxana problemi yarandı

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yataqxanada yerləşdirməyə ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var.
Bunu akademiyadan Trend-ə bildiriblər.
Əlavə edilib ki, həmin şəxslər imkan olduqca AMEA-nın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanasında yaşayış yeri ilə təmin olunacaqlar.
Yataqxanadakı otaqlar boşaldıqdan sonra orada subay magistr və doktorantların yaşayış yeri ilə təmin olunması üçün zəruri şərait yaradılacaq, daha sonra magistr və doktorantlar oraya köçürüləcək.
Yataqxanada məskunlaşacaq şəxslər yalnız kommunal xidmətlərin ödənişini həyata keçirəcəklər.
Xatırladaq ki, AMEA ilə "Evrostroy-S" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçiləri həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin ediliblər.






Fikirlər