Qafqazın Qalaaltı möcüzəsi... - ÖZƏL!
1993-cü ilin fevralında təsis edilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) on minlərlərlə həmkarlar ittifaqı təşkilatını və 1 milyon 600 min həmkarlar üzvünü birləşdirir. Yarandığı gündən Konfederasiyaya rəhbərlik edən Səttar Mehbalıyev bu qurumun formalaşmasında misilsiz əmək sərf edib. Təsadüfi deyil ki, bu gün Səttar müəllimin adı AHİK-lə birgə assosiasiya olunur. Konfederasiyanı Səttar müəllimsiz, Səttar müəllimi də Konfederasiyasız təsəvvür etmək qeyri-mümkündür. Hazırda AHİK Azərbaycanda əmək və əməkçi hüquqlarının qorunmasında müstəsna əhəmiyyət daşıyır. Öz fəaliyyətində daim işçilərin mənafeyindən çıxış edən Konfederasiyanın bu cür mövqeyi cəmiyyət tərəfindən də xüsusi rəğbətlə, ehtiramla qarşılanır. AHİK sədri seçildiyi ilk gündən etibarən həmkarlar ittifaqında islahatların aparılmasında, onun əmlakının qorunub saxlanılmasında, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikası qanununun qəbul edilməsində, həmkarlar ittifaqlarının nüfuzunun möhkəmləndirilməsində, transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılmasında böyük əmək sərf edən S.Mehbalıyev, işçilərin sağlamlığı- onların istirahəti kimi məsələlərdə də həssaslığı ilə fərqlənir. Təsadüfi deyil ki, təkcə 2012-2015-ci illərdə sanatoriya-kurort və istirahət ocaqlarında 150 mindən çox əməkçi və onların ailə üzvlərinin istirahəti təşkil edilib. 15 min nəfərdən çox işçiyə yollayışlar pulsuz verilib. Sanatoriya-kurort və istirahət müəssisələrində 86 min nəfərə yaxın pasiyentin, onların ailə üzvlərinin müalicə və istirahəti həmkarlar ittifaqları təşkilatlarının daxili imkanları hesabına təmin olunub. Elə yuxarıdakı rəqəmlərdən də Səttar Mehbalıyev və onun rəhbəri olduğu AHİK-in işçilərin sağlamlığına və istirahətinə nə qədər böyük önəm verdiyini aydın görmək olar! Bu mənada AHİK-in tabeliyindəki sanatoriyaların, kurortların, sağlamlıq və istirahət mərkəzlərinin yenidən qurulması və həmkarlar ittifaqları üzvlərinin ixtiyarına verilməsi məxsusi təqdir edilməlidir. Onların arasında Qalaltı sanatoriyasını xüsusi qeyd etməliyik. Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən "Qalaaltı" kurortu 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Bu sanatoriyanın fəaliyyətində Sovet hakimiyyətinin dağılmasından sonra obyektiv səbəblərdən müəyyən durğunluq yaranmışdı. Amma son illərdə bu sanatoriya özünün əvvəlki şöhrətini geri qaytarmaqdadır. Əlbəttə, bu, birbaşa AHİK sədri Səttar Mehbalıyevin səylərinin nəticəsində mümkün olub. Səttar müəllimin birbaşa nəzarəti altında "Qalaaltı" sağlamlıq istirahət zonası yenidən qurulub. Sanatoriyanın ərazisi genişləndirilib, müasir standartlara cavab verən "Qalaaltı Hotel SPA" inşaa olunub və Qalaaltı sanatoriyasında yerləşən tibb mərkəzi də hazırda ən yüksək səviyyədə müasir avadanlıqlarla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılan mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə uroloji xidmətlər də göstərilir. Kosmetoloji bölmədə kosmetoloji prosedur otağı, krioterapiya, solyarium, ozon kapsula və haloterapiya-duz otaqları var. Burada yalnız sdağlamlıq yox, həm də istirahət üçün hər cür şərait mövcuddur. Mərhum akademik Həsən Əliyev özünün məşhur "Həyəcan təbili" kitabında yazırdı: "Qədim mədəniyyət və tarixi abidə kimi məşhurlaşmış Çıraqqala, indi "Qalaaltı" və ya "Çıraqqala" kurortu "Azərbaycan "Naftasiyası" adı ilə tanınır ... "Qalaaltı" və ya "Çıraqqala" kurortu özünün təbii şəraitinə, iqliminə görə Truskavets və eləcə də Qafqaz kurortlarının hamısından üstündür...” Bu gün əminliklə demək olar ki, “Qalaaltı” sanatoriyası bütün parametrlərinə görə, nərhum akademikimizin də dediyi kimi, təkcə Azərbaycan yox, Qafqaz kurortları arasında bir zaman mövcud olmuş öncüllüyünü bərpa edib. Artıq bu sanatoraya hətta avropalıları da heyran etməkdədir. Təsadüfi deyil ki, ötən ilin oktyabrında Qalaltının artıq dünyada məşhur bir sağlamlıq istirahət zonasına çevrildiyini göstərən xəbər yayıldı. Həmin xəbərdə deyilirdi ki, Qalaaltı kurort mərkəzi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının rəsmi kataloqunda yer alıb. Belə ki, ötən ilin əvvəlində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı “Qalaaltı” sanatoriyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçilməsi barədə qərar qəbul edilib. Bu təşkilata 13 ölkədən 36 şəhər daxildir. Təşkilatın rəsmi kataloq və broşürlarına Qalaaltı kurort mərkəzi daxil edilib və xəritədə assosiasiyaya üzv olan ölkələrin sırasına Azərbaycanın da xəritəsi salınıb. Qeyd edək ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutunun 2018-ci il üçün nəzərdə tutulmuş baş konfransının da məhz Qalaaltıda keçirilməsi planlaşdırılır. Bütün bunlar yenidən qurulan Qalaaltı sağlamlıq istirahət zonasının şöhrətinin artıq ölkəmizin hüdudlarını aşdığını göstərir və insanın qəlbini haqlı qürur hissi ilə doldurur!
Yuxarıda sadalıadıqlarımız isə heç şübhəsiz, həm də sanatoriya rəhbərliyinin öz işinə peşəkar yanaşmasının nəticəsidir. Kurort rəhbərliyinin onlara göstərilən etimadı layiqincə doğrultduğunu qeyd etməklə yanaşı, vurğulamaq yerinə düşər ki, Qalaaltı sağlamlıq istirahət zonasının uğurları ölkəmizdə fəaliyyət göstərən bəzi başqa kurortlar üçün də misilsiz təcrübə, əvəzsiz nümunə rolu oynaya bilər. AHİK sədri Səttar Mehbalıyevin haqlı olaraq, qeyd etdiyi kimi, “Ölkədə yaradılan sanatoriya-kurort sistemi insanların istirahətinin, sağlamlaşdırılmasının və müalicəsinin təşkili baxımından son dərəcə zəruri ümummilli sosial-iqtisadi funksiyaları yerinə yetirməkdədir. Hər il həmkarlar ittifaqlarının yollayışları ilə minlərlə vətəndaş öz sağlamlığını bərpa edir. Görülən işlər kurort və sanatoriyalara üz tutan vətəndaşlarımızın sağlamlıqlarının qorunmasına və mühafizəsinə xidmət edir”. Bu sırada yenidən qurulan Qalaaltı sanatoriyasının da rolu misilsizdir. Odur ki, yazımıza bu sağlamlıq-istirahət zonasını müasir standartlar səviyyəsinə qaldıran, onun bir zamanlarkı şöhrətini özünə qaytaran hər kəsə minnətdarlıq borcumuzu ifadə etməklə nöqtə qoymaq istəyirik. Azər Abdul, "AzerTaym.az" https://www.youtube.com/watch?v=9GfJEI2i_F0