“Samovar”da “qaynayan” lotolar!

“Samovar”da “qaynayan” lotolar! Bura Las Veqas deyil, Sumqayıtdır: qumar oyunlarının qanunla qadağan olunduğu şəhər!

"AzerTaym.az" bildirir ki,bu barədə "Xəbərİnfo.com" saytının yaydığı məlumatda qeyd olunur.

Belə ki,saytın yazdığına görə bu gün Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyəti qanunla qadağan olunmuş kazinolar mövcuddur...

Məlum olduğu kimi, 1998-ci il­də mər­hum dövlət başçısı Hey­dər Əli­ye­vin fər­ma­nı ilə Azər­bay­can­da ka­zi­no və qu­mar­xa­na­lar ləğv olun­du. Bu­nun­la da Ba­kı və Sumqayıt da da­xil ol­maq­la Azər­bay­ca­nın bü­tün şə­hər və ra­yon­la­rın­da ad­dım­ba­şı rast gə­li­nən qu­mar­xa­na­la­rın fə­aliy­yə­ti­nə qanunla son qo­yul­du. Am­ma de­yə­sən, ar­tıq bu qa­da­ğa qey­ri-rəs­mi ola­raq ara­dan qal­dı­rı­lıb. Təəssüf ki, bu haqda ara-sıra müxtəlif Kütləvi İnformasiya Vasitələrində (KİV) məlumatlar yayımlansa da nəticə dəyişmir. Bir zamanlar addımbaşı rastlaşdığımız lotoxanalar indi gizli kazinolar kimi “qaz vurub, qazan doldurur”.

Bu istiqamətdə “xeberinfo.com”a daxil olan məlumata görə Sumqayıt şəhəri Koroğlu küçəsində, 18-ci mikrorayon dairəsində “Samovar” çay evi adı ilə lotoxana fəaliyyətdədir. Xatırladım ki, bu ünvanla bağlı bir müddət öncə də KİV-də məlumat yayılmışdır. Məlumata görə “Samovar” çay evində qumar oyunu heç də gizlin fəaliyyət göstərmir. Qanunla yasaqlanmış bu oyun demək olar ki, bütün gün ərzində açıq fəaliyyətdədir.

“Samovar”da “qaynayan” lotolar!Elə biz də əldə etdiyimiz məlumatlarla bağlı apardığımız müşahidələrdə bunun şahidi olduq. Dünən (18. 08.2015) günün ikinci yarısında (Saat 17: 00-da) sözügedən ünvanda olduq. Obyektin adı (“Samovar” çay evi) sökülmüşdür. Amma silinməz izi yerində idi...
Tünd-qırmızı pərdələrlə örtülmüş kabinetlərdə şıdırığı oyun gedirdi: 1998-ci ilə qədər şəhər küçələrində adət etdiyimiz loto oyunları. Bu mənzərə ilk baxışdan Sumqayıtı deyil, ən azı Batumini xatırladır. Təsəvvür edirsinizmi, söhbət fəaliyyəti qanunla qadağan olunmuş qumar oyununun açıq şəkildə, maneəsiz hay-küyündən gedir. Nə oyunçulardan, nə də təşkilatçılardan nə isə soruşmaq mümkün olmadı... Hər kəs öz oyununu oynayırdı.

Biz mətbuat əhli olaraq əldə etdiyimiz bu “besperedel”ə az da olsa aydınlıq gətirməyə çalışdıq. Aydın oldu ki, həqiqətən də Sumqayıt şəhəri Koroğlu küçəsində, 18-ci mikrorayon dairəsində “Samovar” çay evi adı ilə bir qumarxana fəaliyyətdədir. İndi söz hörmətli hüquq-mühafizə orqanlarınındır. Buyurub, bizim aşkarladığımız qanunsuzluqla bağlı müvafiq ölçü götürsünlər. Ümüd edirik ki, belə də olacaq.

Mövzu diqqətimizdədir.






Fikirlər