Pandemiya gələcəyin əsas peşəsini müəyyənləşdirib
Yaxın 30 il ərzində əmək bazarında ən çox proqramçı peşəsinə tələb olacaq.
"AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, texnologiyalar üzrə mütəxəssislər yaxın onilliklərdə məhz bu ixtisasa daha çox ehtiyac duyulacağını və bəşəriyyəti bu peşə sahiblərinin irəli aparacağını bildirirlər.
Koronovirus pandemiyası dövründə isə kütləvi şəkildə məsafəli işləmə ənənəsinə keçid informasiya texnologiyaları (İT) sahəsinin inkişafına səbəb olub. Bu dövrdə məlum oldu ki, proqramçılar işə gəlmədən də, istənilən yerdən rahat işləyə bilirlər.
Bununla əlaqədar olaraq, regionlarda və kiçik şəhərlərdə yaşayan insanların nüfuzlu şirkətlərdə yaxşı iş tapmaq şansı yarandı. Əvəllər iri şirkətlər böyük şəhərlərə cəmləşirdilərsə, indi istənilən kənd yerindən mühüm layihələrə qoşulmaq imkanı var. Proqnozlara görə, pandemiyadan sonra dünyada bir çox şirkətlərin məsafəli iş rejiminə keçməsi nəticəsində İT işçilərinin maaşı qalxacaq.