Bu gündən 65 yaş qadağası da götürüldü

Türkiyədə 65 yaş qadağası haqda qərar dəyişə bilər

Azərbaycanda yaşı 65-dən yuxarı olan insanlarla bağlı qadağa da götürülüb.

 Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

 Bildirilib ki, 18 may 2020-ci il saat 00:00-dan etibarən 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

"AzerTaym.az"






Fikirlər