Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq
Bu ilin 1 iyul tarixinə qədər Azərbaycanın hava limanları müntəzəm sərnişin reysləri üçün bağlı qalacaq. Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlı qalma müddətini iyunun 15-ə qədər uzatmışdı. Yalnız iyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası planlaşdırılır. /Modern.az