Bakıdakı külək koronavirusa yoluxmanı artırırmı? - Həkim AÇIQLADI (VİDEO)

Havaların küləkli keçməsi koronavirusa yoluxmanı artıra bilərmi?

HİT.Az xəbər verir ki, bu suala AzTV-də yayımlanan "Çıxışa doğru” verilişində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov cavab verib:

"Sübuta yetirilmiş tibbi nöqteyi-nəzərdən əlimizdə real belə bir fakt yoxdur. Bunu konkret şəkildə demək doğru olmaz. Ümumiyyətlə, virutik xəstəliklərin, yoluxucu xəstəliklərin xüsusiyyətlərinə baxdığımız zaman hava-damcı yolu ilə yayılan infeksiyaların artmasına səbəb ola biləcək bir ehtimaldır.

İkinci bir tərəfdən, hamını maraqlandıran bir sual var ki, temperatur yüksəldikcə virutik xəstəliklərin, hər bir dərəcə temperaturun artması bəlli bir faiz virusun azalmasına səbəb olur. Bəs bu gün niyə bu təzad var? Bəlkə də, böyük bir şansımızdır ki, biz yay mövsümünə başlamışıq. Əgər biz ikinci, üçüncü dalğamı deyək– yenidən alovlanma hadisəsini sentyabr, oktyabr aylarında yaşasaydıq, bu daha dəhşətli rəqəmlərlə – bugünkü 325-lər yerinə insanların ictimai və fərdi münasibətinə görə daha çətin bir vəziyyətlə üzləşə bilərdik. Yay, isti havalar bizi bir qədər qoruyur. Dünya tibbi bunun cavabını hələ tam verə bilmədiyinə görə, fərqli düşüncələr, psixolojik fərqli yanaşma ola bilər.

Bir şeyi qəbul etməliyik ki, dünyada pandemiya var və bu pandemiyanın hədəfi insan oğludur”.

 






Fikirlər