JURNALİST baş redaktoru məhkəməyə verdi: «Elə bilir,ANASININ ERMƏNİ OLDUĞUNU Mən yaymışam»

  Yasamal rayon məhkəməsində jurnalist Əntiqə Rəşidin iddiası üzrə məhkəmə iclası baş tutub. Məhkəmədə qarşı tərəfi «Qarabağ» qəzetinin kollektivi -baş redaktor Cingiz İsmayılov, müavin Salman Alıoğlu, korrektor Zəkurə Quliyeva və dizayner Samir Məmmədov təmsil edib.

Əntiqə Rəşidin Bizimyol.info-ya verdiyi məlumata görə baş redaktor onu 3 ittihamla müqəssir bilir. I — jurnalist nə üçün mitinqdə iştirak edib, II — o nə üçün dövlət başısına “Qarabağı qaytarın!” deyə müraciət edib və III — jurnalistin məmurları təhqir etdiyi iddia edilir.

Əntiqə Rəşid bu son ittihamın başdan sona qədər böhtan olduğunu da bildirib.

“Başıma gələnlərin hamısını danışdım. Müdirin məni 3 əsas «ittihamla» günahlandıraraq işdən cıxarmağına aydınlıq gətirdim…

1-ci «əsas» — Əntiqə niyə mitinqdə iştirak edir? Onun bu hərəkəti qəzetimizə xəyanətdr.

Cavab verdim ki, mən Qarabağ qəzetində cəmi 220 manat maaş (son 2-3 ay 240 manat oldu) aldığım ücün kənar media orqanlarına da işlədiyimi, yazı müqabilində qonarar aldığımı hamı bilir. Mən mitinqə mitinqci kimi deyil sırf peşə fəaliyəti ilə məşğul olmaq ücün getmişdim. «Qarabağ»da işlədiyim müddətdə daxili nizamnamə olmayıb ki, mən onu pozum. Hec bir iş şərtini və daxili qaydaları pozmamışam.

2-ci «əsas» —  Əntiqə kimdir ki, prezidentdən Qarabağ tələb edir. O səlahiyyəti ona kim verib?

Cavab — Dəfələrlə Prezident öz cıxışlarında qeyd edib ki, kimi hansı məsələ narahat edirsə, birbaşa mənə söyləsin.

3-cü «əsas» —  «Məmur dostlarım mənə zəng vurub deyirlərki, Ay Cingiz, sənin işcin bizə niyə əclaf deyir”

Böhtan olduğunu elə ilk andan sübut elədim. Son olaraq dedim: Cənab hakim, Cingiz muəllimin mənə nifrət etməsinin səbəbi odur ki, o elə bilir ki, anasının erməni olduğunu mən yaymışam.

Bu cavablardan sonra 66 yaşlı müdir öz erməniliyini ortaya qoydu və ağıza alınmayacaq söyüş işlətdi”,- deyə jurnalist xanım bildirib.

Qeyd edək ki, növbəti məhkəmə iclası 24 iyuna təyin olunub.

"AzerTaym.az"

 






Fikirlər