Dağıstan düşərgəsindəki azərbaycanlılara 4 maşın yardım göndərildi – FOTO+VİDEO

Dağıstan ərazisində düşərgədə qalan Azərbaycan vətəndaşları üçün dörd yük maşını ərzaq, su və mebel göndərilib.

 "AzerTaym.az" bildirir ki, bu barədə Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı razılıq Dağıstan rəhbəri Vladimir Vasilyevlə Azərbaycan rəhbərliyi arasında daha öncə əldə edilib. Hazırda Azərbaycandan olan mühəndislər, tibb işçiləri və qida xidmətlərinin rəhbərləri (cəmi 25 nəfər), o cümlədən, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) iki psixoloqu müvəqqəti yerləşmə məntəqəsindədir.

Düşərgədə vətənə dönməyi gözləyən azərbaycanlılara sabah bütün yardımlar paylanacaq.   /Cebhe.info/

 






Fikirlər